İlham Əliyev: İƏT Azərbaycanın haqq işini daim dəstəkləyib
10 Sentyabr 2026, 12:47
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
330
19.07.2024, 16:57
Siyasi partiyalar sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlaşır. Qeydiyyatda olan 26 siyasi partiyanın 25-i seçkidə iştirak qərarı verib.
Siyasi təşkilatlar namizədlərini irəli sürməyə başlayıb.
Mövcud qanunvericiliyə görə, ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına müxtəlif media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılır.
Ancaq hakim Yeni Azərbaycan Partiyasından (YAP) başqa heç bir siyasi təşkilat 60-dan çox dairədən namizəd irəli sürməyib. YAP 125 seçki dairəsindən namizədlərini açıqlayıb.
Modern.az bir sıra siyasi partiyalar arasında onların neçə namizədlə seçkidə iştirak edəcəyini öyrənib.
Saytımıza açıqlamasında Tural Abbaslı bildirib ki, 40 namizəd irəli sürüblər:
"Haradasa, 40-dan yuxarı dairədən namizəd irəli sürmüşük. 30-dan yuxarı dairədən də imza vərəqələri götürülüb. Demək olar ki, bu dəqiqə bütün namizədlər imza toplayıb. Proses davam edir. 2-3 nəfər daha namizəd irəli sürə də bilərik, sürməyə də. Faktiki 40-41 namizədimiz var. Bizim fikrimiz daha çox dairədən namizəd irəli sürmək idi. Qanunvericiliyə görə 60-dan yuxarı dairədən namizəd qeydə alınanda pulsuz efir vaxtı verilir. Bu günə qədər Yeni Azərbaycan Partiyasından başqa heç bir partiyadan 60-dan yuxarı namizədi qeydə alınmayıb. Ona görə biz buna ehtiyac duymadıq".
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev hazırda partiyasının 8 nəfər üzvünün namizədliyinin irəli sürdüyünü bildirib: "8 namizəd irəli sürmüşük. Proses davam edir. Əvvəl bizim 25 dairədən namizəd irəli sürmək fikrimiz vardı. Sonra müzakirələr nəticəsində sayı azaltmaq qərarına gəldik. Əsas məqsədimiz partiyanın parlament partiyası olmasıdır. Hansı dairədə şansımız çoxdursa, bütün gücümüz ora səfərbər olunacaq".
“Ana Vətən” Partiyasının Seçki Qərargahından verilən məlumatda bildirilib ki,Partiyanın İdarə Heyətinin qərarı ilə çoxsaylı iddiaçılar arasından 12 nəfərin növbədənkənar parlament seçkisində iştirakı məqsədəuyğun hesab olunub.
Böyük Quruluş Partiyasının səri Fazil Mustafa isə söyləyib ki, partiya bir nəfər onun namizədliyini irəli sürüb:
"Partiyamızdan hələ bir nəfər mənim namizədliyim irəli sürülüb. Bu barədə düşünürük. Yəqin ki, hansısa formada digər namzədlərimiz olacaq. Biz Partiya olaraq üzvlərimizə sərbəstlik vermişik. Kim hansı dairədən istəsə, namizədliyini irəli sürə bilər. Siyahı üzrə namizədlərimizi irəli sürmürük. Hər kəs öz dairəsindəki real imkanları dəyərləndirib qərar verə bilər".
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib ki, artıq namizədlərin irəli sürülməsi prosesi dayandırılıb:
"50-dən çox üzvümüzün namizədliyi irəli sürüb. Artıq onlar imza toplama kampaniyasına başlayıb. Namizədlərin irəli sürülüməsi prosesi dayanıb. Namizədliklərini irəli sürənlərdən neçəsinin namizədliyinin təsdiqlənəcəyini demək mümkün deyil".
Müsavat Partiyası 40-a yaxın, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) 14, REAL isə 13 namizədlə iştirak edəcək. Digər siyasi partiyalardan da 60-dan yuxarı namizəd irəli sürən olmayıb.
Beləliklə, Azərbaycanda YAP-dan başqa heç bir siyasi təşkilat ödənişsiz təşviqatdan istifadə edə bilməyəcək. Qeyd edək ki, bundan əvvəlki seçkilərdə də oxşar vəziyyət yaranmışdı. Buna görə YAP ödənişsiz efir vaxtından imtina etmişdi.
12:47 / 10 Sentyabr 2026
1
12:41 / 10 Sentyabr 2026
17
12:41 / 10 Sentyabr 2026
21
12:35 / 10 Sentyabr 2026
27
12:31 / 10 Sentyabr 2026
24
12:30 / 10 Sentyabr 2026
32
12:28 / 10 Sentyabr 2026
44
12:27 / 10 Sentyabr 2026
97
12:21 / 10 Sentyabr 2026
39
12:20 / 10 Sentyabr 2026
39
12:07 / 10 Sentyabr 2026
58
11:52 / 10 Sentyabr 2026
57
11:41 / 10 Sentyabr 2026
62
11:35 / 10 Sentyabr 2026
57
11:27 / 10 Sentyabr 2026
63
11:23 / 10 Sentyabr 2026
96
11:17 / 10 Sentyabr 2026
309
11:11 / 10 Sentyabr 2026
67
10:56 / 10 Sentyabr 2026
113
10:55 / 10 Sentyabr 2026
59
10:45 / 10 Sentyabr 2026
58
10:35 / 10 Sentyabr 2026
61
10:09 / 10 Sentyabr 2026
365
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.