İlham Əliyev: İƏT ilə əməkdaşlığımız inkişaf edəcək
10 Sentyabr 2026, 12:56
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
445
18.07.2024, 13:53
Ermənistan tərəfi Londonda Azərbaycanla görüşdən imtina edib.
Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.
Diplomat "Avropa Siyasi İcmasının Londonda keçirilən görüşü çərçivəsində Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsi nəzərdə tutulurdu. Bu, baş tutacaqmı?" sualına belə cavab verib: "Avropa Siyasi İcmasına ev sahibliyi edən Böyük Britaniya tərəfindən belə bir görüşün keçirilməsi təklifi ilə çıxış edilmişdir və bunun Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında baş tutmuş görüş formatında olması təklif olunurdu. Belə ki, Münxen Təhlükəsizlik Konfransında da Almaniyanın kansleri Olaf Şolts görüşün əvvəlində iştirak etmiş və bundan sonra görüş ikitərəfli formatda Azərbaycan və Ermənistan arasında davam etmişdi. Böyük Britaniya tərəfindən ev sahibi olaraq eyni formatlı görüş təklif olunurdu.
Amma Ermənistan tərəfi bundan imtina etdi. Belə ki, görüşün əvvəlində Britaniya Baş nazirinin iştirakı, sonra isə görüşün Azərbaycan və Ermənistan arasında davam etməsi formasında olmalı idi. Ermənistanın bu görüşdən imtina etməsini biz onun dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin bir təzahürü kimi qiymətləndiririk.
Müxtəlif platformalarda Ermənistan sülh haqqında danışdığı halda sülh gündəliyinin irəli aparılmasına xidmət edən görüşdən imtina etməsi heç bir halda başadüşülən deyildir və beynəlxalq ictimaiyyət özü bunu dəyərləndirməlidir ki, Ermənistan əslində dialoq imkanlarını qiymətləndirmək, irəli aparmaq əvəzinə bundan imtina edir. Biz Böyük Britaniyanın belə bir sülh təşəbbüslüyünü öz tərəfimizdən yüksək qiymətləndiririk".
13:28 / 10 Sentyabr 2026
6
13:23 / 10 Sentyabr 2026
17
13:17 / 10 Sentyabr 2026
26
13:12 / 10 Sentyabr 2026
31
13:01 / 10 Sentyabr 2026
66
13:01 / 10 Sentyabr 2026
45
12:56 / 10 Sentyabr 2026
43
12:47 / 10 Sentyabr 2026
46
12:41 / 10 Sentyabr 2026
43
12:41 / 10 Sentyabr 2026
48
12:35 / 10 Sentyabr 2026
53
12:31 / 10 Sentyabr 2026
60
12:30 / 10 Sentyabr 2026
64
12:28 / 10 Sentyabr 2026
80
12:27 / 10 Sentyabr 2026
422
12:21 / 10 Sentyabr 2026
56
12:20 / 10 Sentyabr 2026
60
12:07 / 10 Sentyabr 2026
65
11:52 / 10 Sentyabr 2026
65
11:41 / 10 Sentyabr 2026
68
11:35 / 10 Sentyabr 2026
61
11:27 / 10 Sentyabr 2026
68
11:23 / 10 Sentyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.