Boçorişvili: Azərbaycan və Gürcüstanın layihələri Aİ-yə fayda gətirir
24 Noyabr 2026, 20:45
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
419
18.07.2024, 14:05
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciəti əsasında Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden ilə görüşüb.
Oxu24.com xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələr müzakirə olunub. Lüksemburqun Baş naziri Azərbaycan və region haqqında daha çox məlumatın əldə edilməsinin və regionun sabitliyinin ölkəsi üçün vacibliyini bir daha vurğulayıb. O, Lüksemburqun regional siyasətinin balanslı xarakter daşıdığını diqqətə çatdırıb.
Dövlətimizin başçısı regional proseslər barədə məlumat verərək bölgəyə münasibətdə balanslı siyasətin və bütün tərəflərin mövqeyinə hörmətlə yanaşılmasının önəmini qeyd edib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərə toxunularaq, qarşılıqlı hörmət və etimad əsasında əlaqələrimizin inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğu vurğulanıb. Azərbaycan ilə Lüksemburq arasında yüksək texnologiyalar, səhiyyə, investisiyalar, nəqliyyat daşımaları və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Azərbaycanın Avropa İttifaqı və İttifaqa üzv ölkələr ilə çox yaxın əlaqələrə malik olduğu qeyd edilib. Avropa Siyasi Birliyi platformasının müzakirələrin aparılması üçün vacib məkan olduğu bildirilib. Görüşdə Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyəti vurğulanıb.
Lüksemburqun Baş naziri bu tədbirdə iştirak etmək niyyətində olduğunu diqqətə çatdırıb.
***12:53
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden ilə görüşüb.
Oxu24.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
21:36 / 24 Noyabr 2026
30
21:32 / 24 Noyabr 2026
18
21:26 / 24 Noyabr 2026
40
21:20 / 24 Noyabr 2026
57
21:18 / 24 Noyabr 2026
44
21:03 / 24 Noyabr 2026
70
20:59 / 24 Noyabr 2026
61
20:55 / 24 Noyabr 2026
311
20:50 / 24 Noyabr 2026
95
20:45 / 24 Noyabr 2026
68
20:40 / 24 Noyabr 2026
75
20:34 / 24 Noyabr 2026
95
20:32 / 24 Noyabr 2026
99
20:30 / 24 Noyabr 2026
91
20:30 / 24 Noyabr 2026
101
20:26 / 24 Noyabr 2026
596
20:20 / 24 Noyabr 2026
91
20:05 / 24 Noyabr 2026
101
20:02 / 24 Noyabr 2026
92
19:57 / 24 Noyabr 2026
298
19:47 / 24 Noyabr 2026
132
19:39 / 24 Noyabr 2026
109
19:34 / 24 Noyabr 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.