Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan Prezidenti Türkiyəyə səfər edəcək - FOTO

Azərbaycan Prezidenti Türkiyəyə səfər edəcək - FOTO

SİYASƏT

349

10.06.2024, 09:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə iyunun 10-da Türkiyəyə səfər edəcək.

OXU24.COM xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat verib.

Məlumata görə, Azərbaycan dövlət başçısı qardaş ölkəyə işgüzar səfər edəcək.

Ankarada keçiriləcək danışıqlarda Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlər bütün aspektləri ilə nəzərdən keçiriləcək, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.

Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, aktual regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparılacaq.