Şəmsi Qoca: Tramp Cənubi Qafqazda yeni geosiyasi xətt qurur
11 Sentyabr 2026, 10:34
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
435
04.06.2024, 21:29
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabiri qəbul edib.
OXU24.COM xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini qeyd edərək, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın bu ilin əvvəlində Azərbaycana rəsmi səfərinin əhəmiyyətinə toxundu.
Prezident İlham Əliyev bu gün Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulmasını dostluq və qardaşlıq münasibətlərimizin nümayişi kimi dəyərləndirdi. Dövlətimizin başçısı təməlqoyma mərasiminin iyunun 4-də keçirilməsinin rəmzi xarakter daşıdığını deyərək, məhz 1996-cı ilin bu günündə “Şahdəniz” yatağına dair sazişin imzalandığı qeyd etdi. Azərbaycan Prezidenti günəş və külək stansiyalarının təməlinin qoyulmasının təkcə enerji sahəsində deyil, ümumilikdə, ölkəmizin inkişafında yeni bir mərhələ olacağına əminliyini bildirdi.
Dövlətimizin başçısı əməkdaşlığımızın genişlənməsində şəxsən Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın və Birləşmiş Ərəb Əmirlikləri Hökumətinin verdiyi töhfəni yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev bərpaolunan enerji sahəsində Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanla əməkdaşlıq etməsinin önəmini vurğuladı, qazıntı yanacağı layihələri və COP29 ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Azərbaycan Prezidenti bütün bunların ölkələrimiz arasında güclü tərəfdaşlıq işinə xidmət etdiyini və dostluq əlaqələrimizin göstəricisi olduğunu dedi.
Sultan Əhməd Əl-Cabir Bakıya səfərindən, 29-cu Beynəlxalq Xəzər Neft və Qaz və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərində iştirak və burada çıxış etməsindən, həmçinin təməlqoyma mərasimində iştirakından böyük məmnunluq hissi keçirdiyini vurğuladı. Qonaq qeyd etdi ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti həmişə bildirir ki, o, ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrini daha da möhkləmləndirmək əzmindədir. Sultan Əhməd Əl-Cabir ölkəsinin daim Azərbaycan ilə bir yerdə olacağını dedi.
xxx
13:08
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 4-də Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabiri qəbul edib.
OXU24.COM xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
11:31 / 11 Sentyabr 2026
8
11:30 / 11 Sentyabr 2026
21
11:00 / 11 Sentyabr 2026
36
10:52 / 11 Sentyabr 2026
474
10:48 / 11 Sentyabr 2026
59
10:44 / 11 Sentyabr 2026
65
10:38 / 11 Sentyabr 2026
57
10:34 / 11 Sentyabr 2026
50
10:33 / 11 Sentyabr 2026
57
10:30 / 11 Sentyabr 2026
55
10:24 / 11 Sentyabr 2026
58
10:02 / 11 Sentyabr 2026
54
09:57 / 11 Sentyabr 2026
564
09:52 / 11 Sentyabr 2026
132
09:29 / 11 Sentyabr 2026
54
09:26 / 11 Sentyabr 2026
105
09:24 / 11 Sentyabr 2026
59
09:22 / 11 Sentyabr 2026
88
23:14 / 10 Sentyabr 2026
966
23:08 / 10 Sentyabr 2026
129
23:03 / 10 Sentyabr 2026
149
23:00 / 10 Sentyabr 2026
79
22:53 / 10 Sentyabr 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.