Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110461
az

Xocalıya qayıdış: Azərbaycan Prezidentinin verdiyi hər bir söz reallaşır ŞƏRH

16:5030 May, 2024
157
SİYASƏT
  • A

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 28 May - Azərbaycanın Müstəqillik Günündə Xocalı sakinlərini öz doğma yurdlarına qaytarmaqla onlara böyük sevinc bəxş etdilər. Xocalı Ermənistanın işğalından ən çox əziyyət çəkən rayonumuzdur. Ermənilər 1992-ci ildə bir gecədə 613 Xocalı sakinini vəhşicəsinə qətlə yetirərək soyqırımı törədiblər. Otuz iki il əvvəl Xocalı sakinləri qışın soyuğunda ayaqyalın dağları aşaraq min bir əziyyətlə öz doğma yurdunu tərk etməyə məcbur olublar. Onlar bu vaxta qədər çadır şəhərciklərində, yataqxanalarda, sonradan qaçqınlar üçün salınmış şəhərciklərdə yaşadılar. Düzdür, dövlətimiz bütün keçmiş məcburi köçkünlərin mənzil-məişət, sosial vəziyyətinin yaxşılaşdırılması üçün müntəzəm olaraq genişmiqyaslı işlər həyata keçirirdi. Amma doğma ata yurdunu heç nə ilə əvəz etmək mümkün deyil. Lakin bu günlərdə xocalılılar öz yurduna qayıtmaqla göz açdıqları doğma torpaqda bayram sevincini yaşayırlar.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

O bildirib ki, dövlətimizin başçısı öz ad günlərində və dövlətimiz üçün əlamətdar tarixlərdə işğaldan azad edilmiş ərazilərə səfərlər edir, yeni yaşayış məntəqələrinin təməlini qoyur. Həmçinin yenidən qurularaq bərpa olunmuş şəhər və kəndlərə keçmiş məcburi köçkünləri qaytarır, onlarla görüşərək evlərin açarlarını təqdim edir. Bu baxımdan da son bir neçə ildə müstəqillik günlərini Ağalıda və Laçında keçirən Prezident İlham Əliyev keçmiş məcburi köçkünlərin sevincinə şərik olur və tarixi hadisələrə şahidlik edir.

Bu gün yenidən qurulan və bərpa olunan yaşayış məntəqələrimizin ən müasir tikinti layihələri ilə ərsəyə gətirildiyini vurğulayan deputat, həmçinin deyib: “Bu da insanların rahat yaşaması üçün hər bir şəraitin yaradılması deməkdir. Torpaqlarımızın 30 illik işğalından sonra bu gün xalqımızın yaşadığı sevincli günlər insana yuxu kimi gəlir. Otuz ildir xalqımızın yaşadığı məşəqqətlər Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə sona çatdı. Beləliklə, arzularımız reallaşdı, başımız ucaldı, qürurlu və qalib xalqa çevrildik. Xocalının azad olunması isə yeni bir tarixi qələbə oldu. Çünki ermənilərin keçmiş Qarabağla bağlı mənfur planları var idi. Ona görə də separatçılar ərazilərimizdə təhlükə mənbəyi olaraq qalırdılar. Amma Ali Baş Komandanın nəyi necə, nə zaman və necə etməyi hamıdan yaxşı bilməsi sayəsində ermənilər öz xoşları ilə ərazilərimizi tərk etdilər, separatizm yuvası da məhv edildi. Bu gün bütün ərazilərimizdə dövlət suverenliyimiz təmin olunub. Xocalı şəhəri isə 8 ayda yenidən qurularaq bərpa olundu və öz doğma sakinlərini qarşıladı.

Prezident İlham Əliyev Xocalının bizə qayıdacağını bilirdi və ona görə də Memorial Kompleksinin Bakıda tikilməsinə tələsmirdi. Bu gün isə artıq həmin abidə Xocalıda tikilir və soyqırımı qurbanlarının xatirəsi əbədiləşdirilir. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya Ədalət!” Kampaniyası sayəsində Xocalı soyqırımının dünyada tanıdılmasında böyük iş aparıldı və bu proses uğurla davam etdirilir. Xocalı soyqırımı ermənilərin törətdikləri hərbi cinayətlərin və vəhşiliklərin bariz nümunəsidir. Prezident İlham Əliyev Xocalı sakinləri ilə görüşü zamanı bu məsələni xüsusilə vurğulayaraq qeyd etdi ki, Ermənistan Xocalıda törətdiyi cinayətlərə görə Azərbaycan xalqından üzr istəməlidir. Bəli, biz Ermənistanın Azərbaycanda törətdikləri soyqırımlarına görə üzr istəyəcəyi günün də şahidi olacağıq. İnanıram ki, o günə də çox qalmayıb”.

A.Badamovun sözlərinə görə, dövlətimizin başçısı xocalılarla görüşdə Ermənistanda baş qaldıran revanşistlərə də çox ciddi mesaj verərək qeyd etdi ki, Ordumuzu daha da gücləndiririk. Həm də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları möhkəm istehkam zonası olacaq və bu ərazilərin təhlükəsizliyi çox yüksək səviyyədə qorunacaq. Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu məhv edib. Onlar revanşizm fikrinə düşərək yenidən ərazi iddiaları ilə çıxış etsələr təbii ki, daha da böyük fəlakətlə qarşılaşacaqlar. Bu gün Ermənistanda isti və rahat yerdə oturaraq revanşizmdən danışanlar dövlətimizin başçısının dediklərindən rasional nəticə çıxarmalıdırlar. Çünki Azərbaycan Prezidentinin dediyi hər bir söz reallaşır.

“İşğaldan azad olunmuş ərazilərimiz bu gün sürətlə yenidən qurularaq bərpa olunur. Böyük Qayıdışa dair l Dövlət Proqramı yüksək səviyyədə icra edilir. Keçmiş məcburi köçkünlər yaxın zamanlarda Xankəndiyə, Ağdama və digər yaşayış məntəqələrimizə də qayıdacaqlar və bütün ərazilərimiz firavanlıq içində olacaq. Prezident İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə ölkəmizin hər qarşı çiçəklənir və cənnətə çevrilir. Bu baxımdan işğaldan azad olunmuş ərazilərimiz də ən inkişaf etmiş regionlarımız kimi ölkə iqtisadiyyatına reinteqrasiya olunaraq dövlətimizin güclənməsinə töhfə verəcək”, - deyə deputat vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gizli sənədlər sızdırıldı: böyük savaşa hazırlıq gedir - 800 minlik ordu bura gətiriləcək
Trampın məhkəməsində sürpriz qərar: hökm elan edildi
Bayramov Berbokla görüşdü- Fotolar

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi