Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putinlə Ukrayna ilə bağlı gələcək addımları müzakirə etməyi planlaşdırdığını bildirib.
OXU24.COM xəbər verir ki, bu barədə "BelTA" dövlət agentliyi məlumat yayıb .
Belarus liderinin sözlərinə görə, Ukrayna ilə bağlı tez danışıqlar aparmaq lazımdır. O qeyd edib ki, ruslar və belaruslar ukraynalıların düşməni deyil. Lukaşenko əlavə edib ki, Rusiya danışıqlar masasına oturmağa hazırdır.
İyulun 13-də Belarus lideri 56-cı zenit-raket alayına baxış keçirib, bundan sonra Kiyev Belarus-Ukrayna sərhədindən qoşunlarını çıxardığı üçün Ukrayna ilə sərhəddə gərginliyin aradan qaldırıldığını bəyan edib. Bildirilib ki, hazırda Belarusun Ukrayna ilə heç bir problemi yoxdur.
Oxu24.com
ŞƏRHLƏR