İlham Əliyevdən mühüm sərəncam:2027–2029-cu illərdə ...
11 Sentyabr 2026, 18:30
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
333
25.05.2024, 12:23
ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.
Oxu24.com-un məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Amerika xalqı adından Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm.
Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərinə dəyər verir. Diplomatik əlaqələrimizin 30 ildən artıq bir dövründə biz enerji təhlükəsizliyi, regional təhlükəsizlik və terrorçuluqla mübarizə də daxil olmaqla birgə maraqlara söykənən tərəfdaşlıq qurmuşuq. Hər iki ölkəmiz Əfqanıstanda çiyin-çiyinə döyüşmüş və birlikdə Cənub Qaz Dəhlizini inkişaf etdirməklə regional enerji təhlükəsizliyi ilə bağlı çağırışlara sinə gərmişdir. Biz həmçinin Rusiyanın davam edən qəddar müharibəsi fonunda Azərbaycanın Ukraynaya göstərdiyi həyat əhəmiyyətli humanitar yardımı da yüksək qiymətləndiririk.
Prezidentliyinizin beşinci müddətinin başladığı bir vaxtda, Amerika Birləşmiş Ştatları regional və qlobal məsələlərdə, o cümlədən iqlim dəyişikliyi və yaşıl enerjiyə keçid sahəsində qarşılıqlı əməkdaşlığımızı dərinləşdirməyə səy göstərəcəkdir. Biz Azərbaycanı demokratik idarəetməni gücləndirilməsi və bütün azərbaycanlıların insan hüquqları və fundamental azadlıqlarının qorunması üçün əsaslı addımlar atmağa dəvət edirik. Biz noyabrda Bakıda keçiriləcək COP29 çərçivəsində iqlimlə bağlı birgə məqsədlərimizin irəlilədilməsini arzulayırıq və tədbirin uğurla keçirilməsində Azərbaycana dəstək verməyə hazırıq.
Azərbaycanın müstəqilliyinin qeyd edildiyi bu bayramda Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha təsdiq edir. Biz Azərbaycan və Ermənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsinə yönəlmiş addımlarını alqışlayırıq və bu səyləri dəstəkləməyə hazırıq. Ən əsası isə, biz Azərbaycan xalqı ilə tərəfdaşlığımızı inkişaf etdirməyi və əlaqələri möhkəmləndirməyi arzulayırıq.
Sizə və Azərbaycan xalqına ən xoş arzularımı yetirirəm".
19:31 / 11 Sentyabr 2026
20
19:14 / 11 Sentyabr 2026
39
19:02 / 11 Sentyabr 2026
50
18:51 / 11 Sentyabr 2026
49
18:40 / 11 Sentyabr 2026
119
18:30 / 11 Sentyabr 2026
130
18:26 / 11 Sentyabr 2026
98
18:19 / 11 Sentyabr 2026
63
18:02 / 11 Sentyabr 2026
1114
17:55 / 11 Sentyabr 2026
61
17:50 / 11 Sentyabr 2026
66
17:10 / 11 Sentyabr 2026
95
17:02 / 11 Sentyabr 2026
111
16:59 / 11 Sentyabr 2026
67
16:51 / 11 Sentyabr 2026
647
16:42 / 11 Sentyabr 2026
78
16:30 / 11 Sentyabr 2026
74
16:14 / 11 Sentyabr 2026
4309
15:45 / 11 Sentyabr 2026
81
15:24 / 11 Sentyabr 2026
73
15:20 / 11 Sentyabr 2026
96
15:05 / 11 Sentyabr 2026
111
15:05 / 11 Sentyabr 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.