Paşinyan Rusiya qazına alternativ axtarır
11 Sentyabr 2026, 20:14
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
373
24.05.2024, 12:54
“Bu çıxışımı əziz və hörmətli Mehriban xanım Əliyevaya həsr etmək istəyirəm. Baxışım budur ki, nələr olursa olsun, kim nələr düşünür, nələr deyirsə desin, amma yaxşılıqlar deyilməlidir və gərək heç kim ürəyindən keçənləri deməyə qorxmasın”.
Oxu24.com xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib. R.Nurullayev əlavə edib:
“Mehriban Əliyevanın mərhəməti, əliaçıqlığı, böyük ürəyi, sadə insanlara olan sevgisi haqqında danışanda bəziləri deyirlərki, mənim də imkanım, səlahiyyətim olsaydı, mərhəmətli olardım, mən də paylaşardım. Bu mövqeni qətiyyətlə yaxın buraxmıram. On minlərlə imkanlı, səlahiyyətli, astronomik qazanclı insanlar var, amma paylaşmağı bacarmırlar.
Paylaşmaq üçün ürək lazımdır. Çox böyük ürək. O ürək Mehriban xanımda var. O zərif xanımda dağ boyda ürək var. Biz, xalq, hər kəs- bütün Azərbaycan buna hər gün şahidlik edir. İndi məni söyəcəklər ki, sən müxalifət ola-ola niyə Mehriban xanımın mərhəmətindən danışırsan? Nə edim, ürəyimdən keçənləri deməyim? Ürəkdə bir, üzdə ayrı danışım, ikiüzlülükmü edim? Əyər siyasət ikiüzlülkdürsə, yalan danışmaqdırsa, hər gözəl halı inkar etməkdirsə, min dona girməkdirsə, belə siyasəti qəbul etmirəm.
Mehriban Əliyeva hər şeydən əvvəl Azərbaycan xanımıdır. Bəzən biz düşüncələrimizi içimizdə gizlədirik ki, ətraf nə deyər? Nə deyirlərsə desinlər, mən düşüncələrimi içimdə boğmaqdansa, deməliyəm. Mehriban xanım bir dəyərdir, bir ikonadır. Bu gün sevinmək lazımdır ki, Azərbaycan xanımları Mehriban xanıma bənzəmək istəyirlər. Əvvəllər istəyirdilər ki, Hollivud ulduzlarına bənzəsinlər, dünyanın ən məşhur ikonaları kimi geyinib hərəkət etsinlər.
İndi isə Mehriban xanım xeyirxah əməlləri, stili və dünyagörüşləri ilə özü bir dünya ikonasına çevrilib. Nəinki Azərbaycan xanımları, həm də dünyada ona oxşamaq istəyənlər var”.
R.Nurullayev sonda onu da əlavə edib ki, bu sözləri dilə gətirə bildiyi üçün çox şaddır:
“Kim nə düşünürsə düşünsün, fikir ayrılığı, siyasət fərqliliyi, ideoloji ayrılıqlar da ola bilər. Amma heç nə insanı dürüst olmaqdan və həqiqətləri söyləməkdən çəkindirməməlidir”.
20:36 / 11 Sentyabr 2026
25
20:31 / 11 Sentyabr 2026
13
20:25 / 11 Sentyabr 2026
29
20:14 / 11 Sentyabr 2026
34
20:09 / 11 Sentyabr 2026
59
19:58 / 11 Sentyabr 2026
62
19:45 / 11 Sentyabr 2026
50
19:31 / 11 Sentyabr 2026
53
19:14 / 11 Sentyabr 2026
67
19:02 / 11 Sentyabr 2026
79
18:51 / 11 Sentyabr 2026
56
18:40 / 11 Sentyabr 2026
144
18:30 / 11 Sentyabr 2026
322
18:26 / 11 Sentyabr 2026
130
18:19 / 11 Sentyabr 2026
71
18:02 / 11 Sentyabr 2026
1404
17:55 / 11 Sentyabr 2026
74
17:50 / 11 Sentyabr 2026
76
17:10 / 11 Sentyabr 2026
103
17:02 / 11 Sentyabr 2026
124
16:59 / 11 Sentyabr 2026
74
16:51 / 11 Sentyabr 2026
729
16:42 / 11 Sentyabr 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.