Qaynar xətt:

(+99450) 247 90 86

"Hüseyn Əmir Abdullahianın həlak olması xəbəri məni dərindən sarsıtdı" - Ceyhun Bayramov

\\\"Hüseyn Əmir Abdullahianın həlak olması xəbəri məni dərindən sarsıtdı\\\" - Ceyhun Bayramov

SİYASƏT

303

20.05.2024, 11:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın ölümü ilə əlaqədar onların yaxınlarına və İran xalqına başsağlığı verib.

Oxu24.com xəbər verir ki, bu barədə XİN başçısı "X"də yazıb.

"İran İslam Respublikasının Prezidentinin, xarici işlər naziri, əziz dostum Hüseyn Əmir Abdullahianın və digər rəsmi şəxslərin həlak olması xəbəri məni dərindən sarsıtdı. Bu faciəvi qəzada həlak olanlara Allahdan rəhmət diləyir, dost İran xalqına dərin hüznlə başsağlığı verirəm", - paylaşımda qeyd olunub.