Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109090
az

Azərbaycanın İrandakı səfirliyi ilə bağlı YENİ QƏRAR

10:4017 May, 2024
153
SİYASƏT
  • A

Azərbaycanın İrandakı səfirliyinin yeni məkanda fəaliyyətinin bərpa edilməsi planlaşdırılır.

Oxu24.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Azərbaycan İrandakı səfirliyinin fəaliyyətinin bərpa edilməsi istiqamətində aparılan işlər barədə yerli medianın sualına cavablandırarkən deyib.

O bildirib ki, ötən ilin yanvar ayında Azərbaycan səfərliyinə qarşı törədilmiş terror hücumundan sonra İran tərəfi ilə danışıqların əsas istiqamətlərindən biri səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi məsələsi ətrafında olub:

"Son bir neçə ay ərzində iki ölkənin rəsmi şəxsləri və aidiyyəti qurumları arasında təmaslar və danışıqlar çərçivəsində ölkəmizin gözləntiləri qarşı tərəfə çatdırılıb, səfirliyimizin daha təhlükəsiz və səfirlik üçün zəruri olan bütün tələblərə cavab verən yeni məkana köçürülməsi istiqamətində İran tərəfi ilə müvafiq iş aparılıb. Aparılmış iş nəticəsində səfirliyin yeni məkanı artıq müəyyən edilib".

XİN sözçüsü vurğulayıb ki, hazırda qeyd edilən məkan və binada səfirlik üçün zəruri şəraitin yaradılması məqsədilə müvafiq tədbirlər görülür:

"Qeyd edilən işlər yekunlaşandan sonra səfirliyin yeni məkanda fəaliyyətinin bərpa edilməsi planlaşdırılır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tiflisdəki mitinqdə son vəziyyət: 1 polis yaralandı
Şarl Mişel səlahiyyətlərini təhvil verdi
Aİ səfiri dezinformasiya yaymaqda ittiham edildi

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Ramiz Mehdiyevin kürəkəninin iddiası     rədd       olundu