Amerikalı nazir: TRIPP layihəsi regionda iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcək
22 Noyabr 2026, 21:14
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
344
06.05.2024, 13:47
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib.
Oxu24.com xəbər verir ki, görüşdə Azərbaycan ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilərək, ölkəmizin Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Həştərxan vilayəti ilə həyata keçirdiyi əməkdaşlığın bu işə öz töhfəsini verdiyi vurğulandı.
Azərbaycan Prezidentinin bu yaxınlarda Rusiyaya uğurlu səfəri qeyd olunaraq, bu səfərin əlaqələrimizin daha da möhkəmlənməsini nümayiş etdirdiyi bildirildi. Dövlətimizin başçısı bu səfər çərçivəsində Rusiya Prezidenti ilə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə Moskvada dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşündə tədbir iştirakçılarının Ulu Öndərin bu layihənin reallaşmasındakı xidmətlərini böyük hörmətlə yad etmələrindən məmnunluğunu bildirərək, vurğuladı ki, bu, münasibətlərimizin səmimiliyini nümayiş etdirir və qürur hissi doğurur.
Həştərxan vilayətinin qubernatoru ilk növbədə İlham Əliyevi Prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edərək, bunu Azərbaycan xalqının dövlətimizin başçısına sonsuz etimadı kimi dəyərləndirdi.
Prezident İlham Əliyev təbriklərə və xoş sözlərə görə minnətdarlığını bildirdi.
İqor Babuşkin ötən il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Həştərxanda geniş miqyasda bir sıra təntənəli tədbirlərin keçirildiyini deyərək bununla bağlı hazırlanmış xatirə fotoalbomunu dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev Həştərxanda Ümummilli Liderin xatirəsinə göstərilən yüksək etimada görə minnətdarlığını bildirərək, bunu ölkələrimiz və xalqlarımız arasında dostluğun nümunəsi olduğunu dedi.
Həştərxan vilayətinin qubernatoru Xəzəryanı ölkələri əhatə edən və dostluq rəmzi olan “Xəzər - Dostluq dənizi” devizi altında həyata keçirdikləri motoyürüşə Azərbaycan hökumətinin dəstəyinə görə minnətdarlığını ifadə etdi.
Söhbət zamanı Heydər Əliyev Fondunun Həştərxanda reallaşdırdığı layihələrin önəminə toxunuldu.
Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
00:24 / 23 Noyabr 2026
48
00:11 / 23 Noyabr 2026
67
23:56 / 22 Noyabr 2026
71
23:43 / 22 Noyabr 2026
276
23:28 / 22 Noyabr 2026
276
23:26 / 22 Noyabr 2026
95
22:59 / 22 Noyabr 2026
363
22:36 / 22 Noyabr 2026
135
22:08 / 22 Noyabr 2026
935
21:14 / 22 Noyabr 2026
159
21:06 / 22 Noyabr 2026
166
20:56 / 22 Noyabr 2026
1494
20:30 / 22 Noyabr 2026
511
19:33 / 22 Noyabr 2026
1081
19:20 / 22 Noyabr 2026
164
19:05 / 22 Noyabr 2026
1402
18:54 / 22 Noyabr 2026
151
18:49 / 22 Noyabr 2026
188
18:21 / 22 Noyabr 2026
482
18:16 / 22 Noyabr 2026
226
18:02 / 22 Noyabr 2026
187
17:59 / 22 Noyabr 2026
177
16:38 / 22 Noyabr 2026
239
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.