Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106396
az

Türkiyə XİN başçısı: Üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik

23:4917 Aprel, 2024
170
SİYASƏT
  • A

Üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik.

OXU24.COM ” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani ilə birgə brifinqdə söyləyib.

“Bütün tərəflərin konstruktiv mövqe nümayiş etdirməsini faydalı sayırıq. Paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin qurulması üçün var gücümüzlə çalışacağıq <…> Bölgə ölkələri kimi, üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik. Yeganə zərərçəkmiş Qəzza xalqıdır. Yekun məqsədimiz ədalətli və daimi sülhün təmin edilməsidir”, – XİN başçısı vurğulayıb.

Onun sözlərinə görə, Ankara ilə Doha arasında “xüsusilə Fələstin məsələsində mövcud böhranla bağlı böyük koordinasiya var”:

“Xüsusilə də hörmətli həmkarımla daimi ünsiyyətdəyik. Türkiyə və Qətər HƏMAS ilə sağlam əlaqələri olan ölkələrdir. Biz bütün gücümüzlə atəşkəs üçün çalışırıq. Qətər atəşkəs prosesində mühüm rol oynayır”.

Fidanın fikrincə, İsrailin Baş naziri Binyamin Netanyahunun “iqtidarda qalmaq üçün” Türkiyənin də yerləşdiyi bölgəni “müharibəyə sürükləməyə çalışdığı açıq-aşkardır”.

Türkiyənin baş diplomatı diqqətə çatdırıb ki, Ankara “iki dövlətli həll üçün sıx səylər göstərir”:

“<...> Qərbdə bu ideyanı dəstəkləyən bəzi ölkələrdən HƏMAS-a qarşı fikir ayrılıqlarını görürük. Bu cür təsəvvürlərin aradan qaldırılması ilə bağlı onların fikirlərini [HƏMAS-ın siyasi bürosunun başçısı İsmayıl Həniyə ilə] müzakirə etdik”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan Blinkenin müavini ilə sülh prosesini müzakirə etdi
Zelenski Böyük Britaniyaya gedir
Lukaşenko Ukrayna ilə bağlı planlarını ELAN ETDİ

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ