Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106293
az

Brüssel toplantısı: Paşinyanın Qərblə birgə qurduğu planlar ortaya çıxdı

15:2616 Aprel, 2024
62
SİYASƏT
  • A

Aprelin 3-də Nikol Paşinyanın Antoni Blinken və Ursula fon der Lyayenlə görüşündən iki gün əvvəl sensasion hərbi-siyasi gündəmlə xarakterizə olunan “Brüsseldəki toplantı” ilk baxışdan kifayət qədər “təvazökar” nəticə ilə başa çatdı. Həmin vaxt bir çox insanda məntiqi sual yarandı: Ermənistana bir neçə yüz milyon dollarlıq iqtisadi yardım edildi, doğrudanmı, gərgin iş qrafikini nəzərə alındıqda Blinkenin Vaşinqtondan Brüsselə uçması belə bir xırdalıq naminədir?
 
Elə həmin vaxt ekspertlər bildirdilər ki, biz ancaq Ermənistan və onun Qərbdəki müttəfiqlərinin yayımladığı mənzərəni görürük.
 

Qeyd olunur ki, görüşdən dərhal sonra nəşr Brüsseldəki pərdəarxası danışıqların və orada əldə olunan razılaşmaların təfərrüatını mütləq təqdim edəcəyini bildirib.
“Budur, artıq etibarlı mənbələrdən ABŞ və Avropa İttifaqından Ermənistana hərbi-siyasi dəstəyin hansı istiqamətlərdə və hansı konkret proqramlar əsasında veriləcəyi barədə məlumat aldıq. Hazırda daxil olan sənədləri təhlil edirik və tezliklə məlumatları geniş ictimaiyyətlə paylaşacağıq. Amma artıq indidən deyə bilərik ki, Qərbin Ermənistana dəstəyinin dərəcəsi bütün gözləntilərimizi üstələyib. Əminik ki, Gürcüstan və Moldova da çox təəccüblənəcək - axı gürcülərin və moldovalıların ancaq arzulaya bildiyini ermənilər əldə edirlər. Təəssüf ki, hər şey göstərir ki, bu dəstək ilk növbədə Azərbaycana qarşı yönəlib”, - deyə məqalədə vurğulanıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna səfiri etimadnaməsinin surətini XİN-ə təqdim etdi - FOTO
Gürcüstanın keçmiş dövlət naziri aksiyada SAXLANILDI
“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”