Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1058
az

Yeni nazir Səlim Müslümovun əsas adamını işdən çıxardı

16:2925 Aprel, 2018
5010
SİYASƏT
  • A
 Prezident İlham Əliyevin 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilmiş Sahil Babayev kollektivə təqdim olunduqdan sonra nazirlikdə islahata başlayıb.

Oxu24.com xəbər verir ki, Mia.az-a daxil olan məlumata görə, yeni nazirin ilk qərarı ilə Aparat rəhbəri Əjdər Cəbiyev vəzifəsindən kənarlaşdırılıb. Belə ki, artıq Ə.Cəbiyev ərizəsini yazaraq işdən ayrılıb. Yaxın günlərdə onunla bağlı əmrin veriləcəyi də qeyd olunur. 

Məlumat üçün bildirək ki, Əjdər Cəbiyev sabiq nazir Səlim Müslümovun ən yaxın adamı hesab olunurdu. Nazirliklə bağlı bütün narazılıqlarda onun adı hallanırdı. Görünür, yeni nazir "təmizləmə əməliyyatı"na aparat rəhbərindən başlamaqla ciddi islahatlar həyata keçirəcəyinin anonsunu verib. 

Nəzərə alaq ki, Nazirliyin bütün strukturlarında Ə.Cəbiyevin qardaşı başda olmaqla, yaxın ətrafı yüksək vəzifələrdə təmsil olunur. Nazir S.Babayevin yaxın vaxtlarda onlarla bağlı da qəti qərar verəcəyi gözlənilir.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Samir Şərifov Baş nazirin müavini təyin edildi
Bakı aeroportunda əməliyyat: Daha bir məmur külli miqdarda qızılla tutuldu
Jurnalistlər gəlir vergisindən azad ediləcək- Prezident təsdiqlədi

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı