Prezident SƏRƏNCAM imzaladı
15 İyul 2025, 17:11
Qaynar xətt:
(+99450) 247 90 86SİYASƏT
254
08.04.2024, 14:29
Prezident İlham Əliyev Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalayıb.
Oxu24.com -un xəbərinə görə, Sərəncamda deyilir ki, son dövrdə qlobal iqlim dəyişmələri və ölkədə suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində davamlı tədbirlər görülmüş, xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması, bir sıra ərazilərdə torpaqların yeni meliorativ sistemlərlə təchiz edilməsi, qənaətcil və mütərəqqi suvarma üsullarından istifadə dəstəklənib:
“Uzun illər ərzində bu istiqamətdə görülən işlər, o cümlədən iri su anbarlarının, hidroqovşaqların, suvarma və kollektor-drenaj sistemlərinin, nasos stansiyalarının və digər infrastrukturların qurulub istifadəyə verilməsi ölkədə su təminatının yaxşılaşdırılmasına, su itkilərinin qarşısının alınmasına, habelə aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə verib.
Ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı Şirvan düzündə yerləşən 8 rayonun 112 min hektardan artıq əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. Fasiləsiz istismar olunduğu 65 ildən çox müddət ərzində sözügedən kanalın cari və əsaslı təmirinə baxmayaraq, onun torpaq məcrasında baş verən dəyişikliklər, eləcə də qurğuların öz funksiyasını itirməsi su itkisinin artmasına səbəb olub. Bununla əlaqədar kanalın yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanıb”.
Həmçinin oxuyun
Sərəncama əsasən, Yuxarı Şirvan suvarma kanalı yenidən qurulacaq və onu adı Şirvan suvarma kanalı adlandırılacaq.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Şirvan suvarma kanalının yenidən qurulması ilə bağlı müvafiq tədbirlər görülməsini təmin etməlidir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Yevlax Şəhər İcra Hakimiyyəti, Ağdaş, Göyçay, İsmayıllı, Kürdəmir, Ağsu, Şamaxı və Hacıqabul rayon icra hakimiyyətləri, həmçinin digər aidiyyəti dövlət orqanları (qurumları) Şirvan suvarma kanalının yenidən qurulmasından irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görməlidir.
“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya bu Sərəncamın 2-ci və 3-cü hissələrində nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etməlidir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən suvarma kanalının yenidən qurulmasının cari ildə və növbəti illərdə maliyyələşdirilməsi üçün aidiyyəti üzrə zəruri tədbirlər görməlidirlər.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
00:00 / 16 İyul 2025
Mehdidən sonra anası da öldü
154
23:29 / 15 İyul 2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı - yenilənib
68
22:44 / 15 İyul 2025
Bakıda yanğın oldu - VİDEO
115
22:22 / 15 İyul 2025
Bu rayonun 21 kəndində qaz kəsiləcək
78
19:22 / 15 İyul 2025
Lavrov sanksiyalara məşhur atalar sözü ilə cavab verib
123
18:48 / 15 İyul 2025
Kiyev vəd etdiyi silahları gözləməli olacaq
101
17:44 / 15 İyul 2025
Neft bazarı Trampın ultimatumuna necə reaksiya verdi?
116
17:11 / 15 İyul 2025
Prezident SƏRƏNCAM imzaladı
1144
17:09 / 15 İyul 2025
Ukrayna Aİ-nin rouminq zonasına qoşulur
232
17:05 / 15 İyul 2025
Avropa İrana vaxt verdi
149
17:00 / 15 İyul 2025
Gürcüstan Rusiya tərəfindən deportasiya edilən ukraynalılara icazə vermir
238
16:53 / 15 İyul 2025
Ankarada yaşayanlara xəbərdarlıq edildi
227
16:50 / 15 İyul 2025
Lavrov Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundundan danışıb
221
16:45 / 15 İyul 2025
4 gün leysan yağacaq - XƏBƏRDARLIQ
1974
16:40 / 15 İyul 2025
Ukraynada sensassion istefa
125
16:36 / 15 İyul 2025
Rusiya sərhədləri boyunca pilotsuz təyyarələrdən ibarət divar yaradılacaq
144
16:27 / 15 İyul 2025
Orban Aİ-ni Ukraynaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb
120
15:49 / 15 İyul 2025
"Kamal müəllim mahnını Aygün Kazımovanın oxumasını istədi" — Baba Vəziroğlu ilə "Nigaranam" ətrafında MÜSAHİBƏ
1208
15:15 / 15 İyul 2025
SON DƏQİQƏ! DİN açıqlama yaydı: Həmin şəxs tutulub
1189
14:54 / 15 İyul 2025
SON DƏQİQƏ! Bir sıra təyinatlar baş tutub
672
14:15 / 15 İyul 2025
İsrail bu ölkəni vuracaq — XƏBƏRDARLIQ
762
14:03 / 15 İyul 2025
Kamran Əliyev şöbə rəisini işdən çıxardı
1218
13:37 / 15 İyul 2025
İlham Əliyev bununla bağlı qanunu imzaladı
452
12:45 / 15 İyul 2025
Evdən 30 min dollar və 12 min manat oğurlanıb
175
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.