Rusiyalı müxalif siyasətçi Aleksey Navalnının nəşi anası Lyudmila İvanovna Navalnaya verilib.
Bu barədə BBC məlumat yayıb.
Hələlik onun harada dəfn ediləcəyi ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, A. Navalnı fevralın 16-sı xüsusi rejimli cəzaçəkmə müəssisəsində vəfat edib. Onun tromb yaranması səbəbindən öldüyü bildirilib.
Xatırladaq ki, A. Navalnı 2021-ci il yanvarın 17-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə həbs edilmiş, 2023-cü ilin avqustunda 19 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Oxu24.com
ŞƏRHLƏR