Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103079
az

“Navalnının nəşinin verilməsi ilə biz məşğul olmuruq”

20:0619 Fevral, 2024
282
  • A

"Rusiyalı müxalif siyasətçi Aleksey Navalnının ölüm səbəbləri ilə bağlı araşdırma davam etdirilir".

OXU24.COM qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, bütün lazımi prosedurların nə vaxt başa çatacağı və Navalnının cəsədinin yaxınlarına nə zaman veriləcəyi ilə bağlı məsələlər Kremlin səlahiyyətinə aid deyil: "Bu məsələ bizə aid deyil və biz bu işlə məşğul olmuruq. Bu, Prezident Administrasiyasının funksiyası deyil".

Peskov, həmçinin Qərb siyasətçilərinin A.Navalnının ölümünə reaksiyalarını da şərh edib və onları yolverilməz adlandırıb.

Xatırladaq ki, fevralın 16-sı dünyasını dəyişən A.Navalnının cəsədi hələ ailəsinə təhvil verilməyib. Hazırda Rusiyada 47 yaşlı siyasətçinin cəsədinin harada olması əsas müzakirə mövzularından biridir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan Blinkenin müavini ilə sülh prosesini müzakirə etdi
Zelenski Böyük Britaniyaya gedir
Lukaşenko Ukrayna ilə bağlı planlarını ELAN ETDİ

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ