Sakinlər bu şadlıq evindən ŞİKAYƏT EDİR
01 Noyabr 2026, 23:40
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
4476
01.02.2022, 17:32
Bakıda həkim işləyən Sənan Mehdiyev vaxtilə çalışdığı klinikadan ona məxsus 12 min dollar dəyərində avadanlığın oğurlandığını, 3 il keçməsinə baxmayaraq hələ də hadisəni törədənlərin tapılmadığını deyir.
Oxu24.com xəbər verir ki,“Qafqazinfo”ya müraciət edən S.Mehdiyev bildirib ki, hadisə 2019-cu ilin avqustunda Yasamal rayonunda baş verib. Yaşayış binasının aşağı mərtəbəsində yerləşən klinikada həkimin öz vəsaiti hesabına aldığı kombi və generator oğurlanıb.
O, polisə dəfələrlə müraciət etdiyini, lakin araşdırmanın gedişatından narazı olduğunu bildirib:
“Yasamal Rayon Polis İdarəsinin müstəntiqi Həsənbəy Şərifov tərəfindən cinayət işi başlandı. Binanın komendantı Eldəniz adlı şəxs avadanlıqları başqa şəxslərlə birlikdə kran vasitəsilə yük avtomobilinə yükləyib xatırlamadığı şəxslərə satıb. Hətta həmin avadanlıqları aparmağa gələndə həyət qapısında gözətçi işləyən şəxs kranı və yük avtomobilini içəri buraxmaq istəməsə də, Eldəniz ona guya bu məsələdən mənim xəbərimin olduğunu deyib və onları həyətə buraxdırıb”.
S.Mehdiyevin iddiasına görə, qeyd olunan hadisədən 3 ilə yaxın vaxt keçsə də, məsuliyyətə cəlb olunan şəxs yoxdur:
“Mallarımı oğurlayan şəxslər ortada olsa da, onların cinayət məsuliyyətinə cəlb edilməsi və mənə dəyən zərərin ödənilməsi üçün heç bir tədbir görülmür. Şikayət etməyimə baxmayaraq, işimə ədalətlə baxılmır və cinayətin açılması üçün tədbirlər görülmür. Dəfələrlə araşdırma aparan müstəntiq dəyişilib. Hər yeni gələn müstəntiq cinayət işindən məlumatı olmadığını əsas gətirərək süründürməçiliyə səbəb olur. Hətta uzun müddət cinayət işinin itirildiyini, guya tapa bilmədiklərini belə deyiblər”.
Qeyd edək ki, tanınmış cərrah mətbuat vasitəsi ilə ölkə rəhbərinə və Daxili işlər nazirinə müraciət edib.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinə sorğu ünvanladıq. Nazirlikdən “Qafqazinfo”ya cavab olaraq bildirilib ki, həmin işlə bağlı istintaq əməliyyat tədbirləri davam etdirilir: “Zərərçəkənin şikayəti üzrə cinayət işi başlanılıb. Müvafiq istintaq tədbirləri həyata keçirilib. Zərərçəkənin və şübhəli şəxslərin, şahid qismində tanınan şəxslərin izahatları alınıb. Lakin şübhəli şəxslərin cinayət əməlini törətdiyi sübuta yetirilməyib. Hazırda qeyri-aşkar şəraitdə baş verən cinayətin açılması istiqamətində istintaq əməliyyat tədbirləri davam etdirilir”.

00:23 / 05 Noyabr 2026
36
00:18 / 05 Noyabr 2026
51
00:16 / 05 Noyabr 2026
110
23:48 / 04 Noyabr 2026
115
23:44 / 04 Noyabr 2026
83
23:40 / 04 Noyabr 2026
81
23:35 / 04 Noyabr 2026
81
23:33 / 04 Noyabr 2026
73
23:30 / 04 Noyabr 2026
97
23:26 / 04 Noyabr 2026
62
23:22 / 04 Noyabr 2026
94
23:17 / 04 Noyabr 2026
113
23:14 / 04 Noyabr 2026
71
23:12 / 04 Noyabr 2026
76
23:04 / 04 Noyabr 2026
107
22:59 / 04 Noyabr 2026
147
22:51 / 04 Noyabr 2026
97
22:38 / 04 Noyabr 2026
100
22:34 / 04 Noyabr 2026
118
22:26 / 04 Noyabr 2026
104
22:22 / 04 Noyabr 2026
113
22:16 / 04 Noyabr 2026
2535
22:14 / 04 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.