Vəzifəli qadının bu işləri narazılıq yaratdı: Rabitə quyularının üzərində obyekt tikir -FOTO+VİDEO
04 Dekabr 2025, 13:07
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
1255
20.04.2020, 13:08
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Əhməd İsmayılov qurumun bütün əməkdaşlarını işdən çıxarıb.
Oxu24.com bakupost.az-a xəbər verir ki, yeni direktorun bu radikal addımı ilkin araşdırmalardan dərhal sonra baş verib. İşdən çıxarılan şəxslərin kim olması, hansı prinsiplə işə götürlüməsinə nəzər yetirdikdə, Fondun indiyə qədər fəaliyyəti barədə tam təsəvvür yaranır.
İşdən çıxarılan şəxsləri və onlar haqqında qısa məlumatları təqdim edirik:
1. Aygün Süleymanova – Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənovun müavini Tahir Süleymanovun qızı;
2. Gülgün Zahidli – Əli Həsənovun digər müavini Ərəstun Mehdiyevin qardaşı qızı;
3. Aydın Quliyev – "Bakı-Xəbər” qəzetinin baş redaktoru;
4. Ramin Kərimli – Vüqar Səfərlinin bacısı oğlu,
Həmçinin oxuyun
5. Elşad Tağıyev - Vüqar Səfərlinin qohumu, kəndçisi
6. Samir Musatafayev – Mətbuat Xidmətinin rəhbəri
7. Mehrac Babayev – "Verso-M” tikinti şirkətinin sahibi, milyonçu, tikinti maqnatı.
M.Babayev həm də müəyyən məsələlərə görə siyasi çevrələrdə yaxından tanınır. Milyonçu bir adamın KİVDF-də görəsən, nə işi var? Əldə etdiyimiz məlumata görə, jurnalistlərin binasını qeyri-rəsmi olaraq M.Babayev tikib. Onun burada rəsmi işçi olmasının hansı zərurətdən doğmasını isə yalnız Vüqar Səfərlinin özü bilir.
Bundan əlavə fondun tərkibində olan "Tikinti Şöbəsi”nin 5 əməkdaşı da işilə vidalaşıb.
Fondda köhnə komandadan yalnız Baş mühasib vəzifəsini icra edən Təhminə Yaqubova qalıb. Bu ad bizə jurnalistlərin ev qalmaqalından tanışdı. "Vüqar Səfərli katibəsinə ev alıb” deyənlər Təhminə xanımı qəsd ediblər. Əslində isə o, ev alanda katibə deyildi. KİVDF-nın baş mühasibi və eyni zamanda "Mövqe” qəzetinin mədəniyyət şöbəsinin müdiri idi. Amma onu da deyək ki, T.Yaqubovanın V. Səfərlinin katibəsi kimi təqdim edilməsinin də əsası var. O, Vüqar Səfərlinin "Azərmətbuatyayımı" ASC-nin rəhbəri olan vaxt katibəsi kimi çalışıb. Fondda isə həmişə mühasibatlıq işlərilə məşğul olub.
15:17 / 15 Dekabr 2025
9
15:00 / 15 Dekabr 2025
71
14:53 / 15 Dekabr 2025
482
14:48 / 15 Dekabr 2025
32
14:39 / 15 Dekabr 2025
42
14:19 / 15 Dekabr 2025
359
14:13 / 15 Dekabr 2025
178
14:11 / 15 Dekabr 2025
46
13:00 / 15 Dekabr 2025
702
12:42 / 15 Dekabr 2025
957
12:36 / 15 Dekabr 2025
55
11:45 / 15 Dekabr 2025
115
11:43 / 15 Dekabr 2025
64
11:11 / 15 Dekabr 2025
126
10:38 / 15 Dekabr 2025
253
10:34 / 15 Dekabr 2025
70
10:30 / 15 Dekabr 2025
77
10:15 / 15 Dekabr 2025
79
10:04 / 15 Dekabr 2025
101
09:43 / 15 Dekabr 2025
822
09:40 / 15 Dekabr 2025
72
09:38 / 15 Dekabr 2025
89
09:36 / 15 Dekabr 2025
85
09:11 / 15 Dekabr 2025
84
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.