Vəzifəli qadının bu işləri narazılıq yaratdı: Rabitə quyularının üzərində obyekt tikir -FOTO+VİDEO
04 Dekabr 2025, 13:07
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
967
14.01.2020, 11:56
Hazırda Çexiyada yaşadığı bildirilən keçmiş müdafiə naziri Səfər Əbiyevin böyük oğlu Ruslan Əbiyev də artıq 4 ildən çoxdur ki, Azərbaycanı tərk edib və İstanbulda, məşhur Laləli prospektində otelçilik şirkətini idarə edir.
Qaynarinfo xəbər verir ki, jurnalist Hafiz Babalının araşdırmasına görə, Ruslan Əbiyev İkiem Altın Otelcilik ve Turizm Ticaret Anonim Şirkətində əsas payları 2015-ci ilin dekabr ayında Azərbaycan vətəndaşları İmran Əhməd oğlu Məmmədovdan və İlham İbrahimovdan satın alıb. Şirkətin İdarə Heyətinə sədr seçiləndən 4 ay sonra onun kapitalını 11 milyon lirədən 19 milyon lirəyə qaldırıb.
Hazırda şirkətin 15,2 milyon lirə dəyərində səhmləri ona məxsusdur. 2019-cu ilin sonunda İkiem Altın Otelcilik ve Turizm Ticaret A.Ş. Hayriyye Tüccari, 33 ünvanından yaxınlıqdakı Laləli, 43 ünvanına köçüb. Hər iki ünvanda çoxsaylı ticarət və xidmət obyektləri fəaliyyət göstərir. Türkiyənin rəsmi mənbələrinə görə, Ruslan Əbiyev hələ də Bakıdakı "Qızıl Şərq” hərbi şəhərciyindəki mənzilində qeydiyyatdadır.
Bakıda onun Nəcəf bəy Vəzirov küçəsindəki mənzillərdən birində dövlət qeydiyyatına alınmış bir şirkəti də var. "Erebus” MMC-ni yaradarkən onun 22 yaşı vardı. 2015-ci ilin əvvəlində yerli media Ruslanın vergi orqanlarında çalışdığını yazırdı. Lakin indi vergi xidmətində bu adda şəxs yoxdur. Deyəsən, o da Azərbaycanı həmişəlik tərk edib.
Həmçinin oxuyun



15:20 / 15 Dekabr 2025
1
15:17 / 15 Dekabr 2025
16
15:00 / 15 Dekabr 2025
89
14:53 / 15 Dekabr 2025
595
14:48 / 15 Dekabr 2025
35
14:39 / 15 Dekabr 2025
46
14:19 / 15 Dekabr 2025
381
14:13 / 15 Dekabr 2025
189
14:11 / 15 Dekabr 2025
50
13:00 / 15 Dekabr 2025
705
12:42 / 15 Dekabr 2025
969
12:36 / 15 Dekabr 2025
56
11:45 / 15 Dekabr 2025
115
11:43 / 15 Dekabr 2025
64
11:11 / 15 Dekabr 2025
127
10:38 / 15 Dekabr 2025
253
10:34 / 15 Dekabr 2025
70
10:30 / 15 Dekabr 2025
77
10:15 / 15 Dekabr 2025
79
10:04 / 15 Dekabr 2025
101
09:43 / 15 Dekabr 2025
824
09:40 / 15 Dekabr 2025
72
09:38 / 15 Dekabr 2025
89
09:36 / 15 Dekabr 2025
85
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.