Binəqədidə "Ölüm lifti": Sakinlərdən pul yığılır, amma təmir yoxdur – VİDEO
16 Mart 2026, 15:29
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
1175
18.12.2019, 16:04
Bu ilin sentyabr ayında redaksiyamıza çox qəribə bir şikayət məktubu daxil olmuşdu
Məktubu yazan şəxs - Qəbələ rayon sakini, 1963-cü il təvəllüdlü Azər Ağamurad oğlu İsmayılov iddia edirdi ki, o, 1997-ci ildə əsassız yerə, heç kimin müraciəti, hətta özünün belə, xəbəri olmadan Qəbələ Mərkəzi Rayon Xəstəxanasında (MRX) “şizofreniya paranoid forma” diaqnozu ilə qeydiyyata götürülüb.
Şikayət məktubu ilə tanış olduqdan sonra A.İsmayılovun özü ilə əlaqə saxladıq və baş verənləri daha ətraflı öyrəndik. Məlum hadisəylə bağlı AYNA-da yayımlanmış “Qəbələdə "ruhi xəstə" müəmması: YAP fəalı 22 il sonra "dəli" olduğunu öyrənib” sərlövhəli yazıdan əhatəli məlumat əldə edə bilərsiniz.
Qəbələ rayonunda uzun illər bizneslə məşğul olmuş, hazırda “METAL-A” MMC-nin təsisçisi və direktoru olan A.İsmayılovun qarşılaşdığı problemə AYNA tutmaq üçün həm Qəbələ MRX-nın baş həkiminin müalicə işləri üzrə müavini Fikrət Cəfərovla, həm Qəbələ MRX-nın poliklinika şöbəsinin psixiatrı Pərviz Səfərli ilə, həm də Şəki Rayon Psixiatriya Xəstəxanasının baş həkimi Akif Əsədullayevlə əlaqə saxladıq. Məlum oldu ki, A.İsmayılova xüsusi komissiyanın rəyi olmadan, poliklinika şəraitində ruhi xəstə diaqnozu qoyulub.
Aldığımız cavablardan və əldə etdiyimiz nəticədən sonra A.İsmayılovun pozulmuş hüquqlarını bərpa etmək üçün aidiyyəti qurumlara – Qəbələ Rayon İcra Hakimiyyətinə, Yeni Azərbaycan Partiyasının Qəbələ Rayon Şöbəsinə, Qəbələ Rayon Prokurorluğuna və Səhiyyə Nazirliyinə sorğu göndərdik.
Sorğumuza əvvəlcə Qəbələ Rayon İcra Hakimiyyətindən cavab gəldi və bildirildi ki, A.İsmayılov, həqiqətən də 1997-ci ildə Qəbələ MRX-nın poliklinika şöbəsinin psixiatriya kabinetində “şizofreniya paranoid forma” diaqnozu ilə qeydiyyata alınıb. Sorğumuza Səhiyyə Nazirliyindən isə bildirildi ki, məsələ araşdırılacaq və ətraflı məlumat veriləcək.
Nəhayət bu ayın əvvəlində Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzindən gözlədiyimiz cavabı aldıq. Amma qəribə cavab... Bildirilir ki, bu cür hallar konfidensial olduğu üçün, açıqlama verilə bilməz...
Qəbələ Rayon Prokurorluğuna ünvanladığımız məktuba cavab olaraq isə bildirildi ki, şikayət araşdırılıb və bu barədə A.İsmayılovun özünə ətraflı məlumat verilib.
Həmçinin oxuyun
Aldığımız məktubun ardınca Azər İsmaylov özü AYNA-nın redaksiyasına gələrək son vəziyyətə aydınlıq gətirdi. Dediyinə görə, Psixi Sağlamlıq Mərkəzindən ona məktub göndərilib. Və məktubda A.İsmayılovun Qəbələ MRX-nın psixiatriya kabinetində dispanser müşahidəsinə xitam verildiyi qeyd olunub.
A.İsmayılov, həmçinin AYNA-ya açıqlamasında bəzi məsələlərə bir daha aydınlıq gətirdi. Onun “şizofreniya paranoid forma” diaqnozu ilə qeydiyyata götürülməsində maraqlı olan şəxslərin adlarını açıqladı. Qəbələ rayonunda bəzi vəzifəli şəxslərin öz səlahiyyətlərindən istifadə edərək qanunsuzluqlara əl atdıqlarını iddia etdi.
İş adamının danışdıqlarını təqdim edirik:
20:05 / 10 Aprel 2026
4
19:51 / 10 Aprel 2026
96
19:37 / 10 Aprel 2026
39
19:22 / 10 Aprel 2026
45
19:12 / 10 Aprel 2026
66
18:50 / 10 Aprel 2026
61
18:35 / 10 Aprel 2026
70
18:19 / 10 Aprel 2026
78
18:10 / 10 Aprel 2026
72
17:59 / 10 Aprel 2026
93
17:24 / 10 Aprel 2026
64
17:13 / 10 Aprel 2026
67
17:06 / 10 Aprel 2026
71
16:56 / 10 Aprel 2026
72
16:47 / 10 Aprel 2026
92
16:34 / 10 Aprel 2026
1199
16:31 / 10 Aprel 2026
77
16:27 / 10 Aprel 2026
80
16:24 / 10 Aprel 2026
77
16:12 / 10 Aprel 2026
78
16:01 / 10 Aprel 2026
80
15:50 / 10 Aprel 2026
235
15:40 / 10 Aprel 2026
160
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.