Sakinlər bu şadlıq evindən ŞİKAYƏT EDİR
01 Noyabr 2026, 23:40
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
1118
12.01.2026, 10:59
Yazıçı Xeyrəddin Qoca Azərbaycan Dövlət Gömrük Komitəsində çalışan qızı Aygün Qoca ilə bağlı sosial media vasitəsilə Prezident İlham Əliyevə müraciət edib.
Müraciəti olduğu kimi təqdim edirik:
"Möhtərəm cənab Prezident!
Sözümü heç kimə çatdıra bilmədiyim üçün sosial mediada Sizə müraciət etməyə məcbur oldum.
Məni tanıyanlar bilirlər ki, ədalətsizliyə dözmürəm. Azərbaycan Dövlət Gömrük Komitəsində qızım Aygün Qocaya haqsızlıq edirlər, onun hüquqlarını pozurlar. O da sözünü heç kimə çatdıra bilmir, mən bu işə qarışmadığımdan, tək qalıb kömək istəyir.
Aygün Qoca 2014-cü ildən DGK-nın Gömrük tarifləri şöbəsində baş inspektor vəzifəsində çalışır. O, bu vəzifəyə ən aşağı vəzifədən pillə-pillə yüksəlmişdir Polkovnik-leytenantdır. Keçirilmiş attestasiya nəticəsində vəzifə dərəcəsi bir pillə endirilərək böyük inspektor təyin olunmuşdur. Buna etiraz etməmiş,10.12.2025-ci il tarixli əmrlə özünün razılığı olmadan və ixtisasına tamamilə zidd olan Katibliyin Qərarların İcrasına nəzarət şöbəsinə yerdəyişmə edilmişdir. Bu əmr qanunsuzdur! Çünki əmək funksiyasının dəyişdirilməsi AR Əmək Məcəlləsinin 56-cı maddəsinə əsasən, işçinin əmək funksiyası (ixtisası, peşəsi) yalnız tərəflərin qarşılıqlı razılığı ilə ola bilər. Qızımın "Qərarların icrasına nəzarət" (kargüzarlıq) sahəsinə keçirilməsi peşə fəaliyyətinin sonlandırılmasına bərabərdir.
Məcburetmə və təzyiq: Kadrlar İdarəsinin rəisi Vüqar Əsgərov tərəfindən qızıma qarşı sözlü təzyiqlər göstərilmiş, subyektivcəsinə "yer yoxdur" bəhanəsi ilə əmək hüquqları pozulmuşdur. Bu yerdəyişmə qızım Aygün Qocanın iş keyfiyyəti ilə deyil, iş yerində "yer açmaq" və korrupsiya meylli maraqlarla bağlıdır. Bu isə "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Qanunun tələblərinə ziddir.
Yuxarıda qeyd olunanları və "Əmək Məcəlləsinin 294-cü, 296-cı maddələrini rəhbər tutularaq qızımın yerdəyişməsi haqqında 10.12.2025-ci il tarixli qanunsuz əmr ləğv edilməlidir. Qızım əvvəlki iş yerinə - Gömrük Siyasəti İdarəsinin Gömrük tarifləri şöbəsinə böyük inspektor vəzifəsinə bərpa olunmaq haqqında qərar çıxarılmasını istəyir.
Aygün Qocaya qarşı edilən qanunsuz təzyiqlərə, peşə nüfuzuna vurulan zərərə və qanunsuz əmrə görə o, 1 ay öz hesabına məzuniyyət götürərək, işsiz və pulsuz qalmışdır. O, cavabdehdən maddİ və mənəvi ziyanın tutulmasını istəyir.
Aygün Qoca tək anadır, öhdəsində universitetin birinci kursunda oxuyan qızı var.
Butün bunları nəzərə alaraq, Aygün Qocaya kömək etməyinizi xahiş edirəm.
DƏRİN HÖRMƏT VƏ EHTİRAMLA,
Xeyrəddin Qoca"
23:01 / 14 Noyabr 2026
2
22:28 / 14 Noyabr 2026
328
22:19 / 14 Noyabr 2026
59
21:55 / 14 Noyabr 2026
87
21:32 / 14 Noyabr 2026
104
21:22 / 14 Noyabr 2026
135
21:11 / 14 Noyabr 2026
600
21:04 / 14 Noyabr 2026
658
21:02 / 14 Noyabr 2026
106
20:56 / 14 Noyabr 2026
475
20:50 / 14 Noyabr 2026
116
20:38 / 14 Noyabr 2026
113
20:23 / 14 Noyabr 2026
1174
19:54 / 14 Noyabr 2026
109
19:50 / 14 Noyabr 2026
114
19:36 / 14 Noyabr 2026
1810
19:15 / 14 Noyabr 2026
146
19:12 / 14 Noyabr 2026
145
19:05 / 14 Noyabr 2026
130
18:50 / 14 Noyabr 2026
140
18:43 / 14 Noyabr 2026
145
18:21 / 14 Noyabr 2026
977
18:09 / 14 Noyabr 2026
160
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.