Qaynar xətt:

(+99450) 247 90 86

İmişlidən dəhşətli xəbər gəldi: Ölən və yaralılar var

İmişlidən dəhşətli xəbər gəldi: Ölən və yaralılar var

REDAKTORUN SEÇİMİ

487

13.11.2023, 09:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İmişli rayonunda avtomobil aşıb, ölən və xəsarət alanlar var.

 

Oxu24.com  xəbər verir ki, hadisə İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonunun Məmmədli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, Coşqun Tağıyev sürücülük vəsiqəsi olmadan və sərxoş vəziyyətdə idarə etdiyi VAZ-2107 markalı avtomobil ilə əks yola çıxaraq ötmə əməliyyatı edib.

Bu vaxt o, idarəetməni itirərək avtomobili aşırıb. Nəticədə sürücü C.Tağıyev və avtomobildə olan sərnişinlər - 1976-cı il təvəllüdlü İnci Tağıyeva, 2009-cu il təvəllüdlü Rəqsanə Tağıyeva və 2014-cü il təvəllüdlü Fəxri Tağızadə xəsarət alıblar.

Sonuncu noyabrın 12-də aldığı xəsarətlərdən İmişli Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı istintaq aparılır.