Qaynar xətt:

(+99450) 247 90 86

Gecə saatlarında şok: Azyaşlını zorlayan şəxsin asılmış meyiti tapıldı

Gecə saatlarında şok: Azyaşlını zorlayan şəxsin asılmış meyiti tapıldı

REDAKTORUN SEÇİMİ

768

10.11.2023, 08:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

DİN-in mətbuat xidmətinin regional qrupundan Oxu24.com-un sorğusuna cavab olaraq bildirilib ki, on altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən 1971-ci il təvəllüdü Hüseynov Azər Mahmud oğlu paltar lifindən hazırladığı vasitə ilə saat 4 radələrində həyatına qəsd edib.

Göstərilən tibbi müdaxilələrə baxmayaq, onun həyatını xilas etmək mümkün olmayıb.

Şəxsin yaxınlarının iştirakı ilə meyitə baxış keçirilib, onun bədən səthi üzərində hər hansı xəsarət izi aşkar olunmayıb.

Ölüm faktı ilə bağlı məhkəmə-tibb ekspertizaları təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Araşdırma aparılır.

Nigar