Qaynar xətt:

(+99450) 247 90 86

Əhaliyə xəbərdarlıq edildi: Sel gözlənilir

Əhaliyə xəbərdarlıq edildi: Sel gözlənilir

REDAKTORUN SEÇİMİ

502

09.11.2023, 09:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın rayonlarında noyabrın 10-u səhər dağlıq ərazilərdən başlayaraq 11-i səhərədək arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 

Bu barədə  Oxu24.com-a  Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Noyabrın 9-u axşamdan 10-u günün ikinci yarısınadək qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir. 

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.