Qaynar xətt:

(+99450) 247 90 86

Gizli kameraya düşmüş görüntülər şok etdi: 20 yaşlı gənc nədən ölüb?+VİDEO

Gizli kameraya düşmüş görüntülər şok etdi: 20 yaşlı gənc nədən ölüb?+VİDEO

REDAKTORUN SEÇİMİ

622

06.11.2023, 20:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İngiltərədə psixi sağlamlıq xəstəxanalarından birində müalicə alan 20 yaşlı gənc otağında dərman qəbul edərək intihar edib.

 

Oxu24.com xəbər verir  ki,gəncin həyatına son qoyan zaman müşahidə otağında növbətçi tibb bacılarının vəzifə səlahiyyətlərindən kənar hərəkət etməsi ölkədə hiddətə səbəb olub.

 

İngiltərədə psixi sağlamlıq xəstəxanasında müalicə olunan 20 yaşlı Bren Makfarleyn öz otağında intihar edib.

 

İstintaq çərçivəsində Bren intihar etdiyi zaman müşahidə otağında tibb bacılarının saç düzdürdüyü, elektron siqaret çəkdiyi və telefonla oynadığı müşahidə olunub.

 

20 yaşlı Bren Makfarleyn Blekpulda 154 çarpayılıq psixi sağlamlıq xəstəxanasında müalicə olunub.

 

Bren 4 gün sonra aparıldığı xəstəxanada vəfat etdikdən sonra cinayət işi  açılıb.

 

Araşdırmalar çərçivəsində təhlükəsizlik kamerasının görüntülərində gəncin tibb bacılarının səhlənkarlığı ucbatından dünyasını dəyişdiyi məlum olub.


Xəstə intihara cəhd edərkən tibb bacıları bir-birinin saçını düzəldib, siqaret çəkib.

Gəncin müşahidə edilmədiyi halda 20 dəqiqə narkotik qəbul edərək intihar etdiyi öyrənilib. İngiltərə Milli Səhiyyə Xidməti ölən gəncin ailəsindən üzr istəyəcək.

 

 

Müəllif:Afət

 

​