Əmr imzalandı:Dərslər məsafədən olacaq
22 Sentyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
404
06.11.2023, 14:37
"Əmanət faizləri ilə bağlı təklif olunan güzəştin məbləği azdır, onun artırılması məqsədəuyğun olar.
Oxu24.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
"Təklif edirəm ki, 200 manata qədər deyil, azı minimum əməkhaqqı məbləğində aylıq faiz gəlirləri vergidən azad edilsin. Bu, bankda depozit saxlanılmasını təşviq edər", - deyə o qeyd edib.
"Oktyabrın 1-nə Azərbaycan banklarında 12,7 milyard manat əmanət olub ki, onun da təxminən yarısı 4 iri bankın payına düşüb. Həmin banklarda da illik faizlər 6 % və daha aşağıdır", - deyə deputat əlavə edib.
12:15
Azərbaycanda fiziki şəxslərin 200 manata qədər aylıq faiz gəlirləri qismən vergidən azad olunacaq.
Oxu24.com xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, söhbət vətəndaşların banklarda milli valyutada 18 ay və daha çox müddətə yerləşdirilən depozitləri üzrə əldə etdikləri faiz gəlirlərinin vergidən azad olunmasından gedir.
"Bu addımın da iki hədəfi var. Bu, bir tərəfdən bankların kapitalizasiyasına hədəflənib. Banklar uzunmüddətli kreditlər verir və paralel olaraq əmanətləri də uzun müddətə cəlb etməlidirlər. Eyni zamanda, milli valyutadakı depozitlərə bu güzəştin verilməsi manata tələbin artırılması siyasətini özündə ehtiva edir", -deyə vergi rəsmisi qeyd edib.
16:51 / 27 Sentyabr 2026
6
16:45 / 27 Sentyabr 2026
25
16:39 / 27 Sentyabr 2026
18
16:36 / 27 Sentyabr 2026
40
16:27 / 27 Sentyabr 2026
43
16:14 / 27 Sentyabr 2026
52
15:59 / 27 Sentyabr 2026
50
15:48 / 27 Sentyabr 2026
58
15:42 / 27 Sentyabr 2026
438
15:30 / 27 Sentyabr 2026
58
15:15 / 27 Sentyabr 2026
60
15:05 / 27 Sentyabr 2026
60
14:53 / 27 Sentyabr 2026
63
14:50 / 27 Sentyabr 2026
71
14:36 / 27 Sentyabr 2026
393
14:35 / 27 Sentyabr 2026
147
14:31 / 27 Sentyabr 2026
60
14:30 / 27 Sentyabr 2026
58
14:05 / 27 Sentyabr 2026
68
13:55 / 27 Sentyabr 2026
56
13:29 / 27 Sentyabr 2026
221
13:26 / 27 Sentyabr 2026
78
13:12 / 27 Sentyabr 2026
59
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.