Qaynar xətt:

(+99450) 247 90 86

Bərbər müştərinin qulağını kəsdi

Bərbər müştərinin qulağını kəsdi

REDAKTORUN SEÇİMİ

421

31.10.2023, 17:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın Sankt-Peterburq şəhərinin Krasnoqvardeyski rayonunda bərbər salonuna gələn müştəri  qulağı kəsilərək xəstəxanaya yerləşdirilib.

 

Oxu24.com xəbər verir  ki,bu barədə 78.ru məlumat yayıb.

 

Hadisə Kovalevskaya küçəsində yerləşən bərbərxanada baş verib.

28 yaşlı kişi saçını kəsdirmək qərarına gəlib, prosedur zamanı bərbər səhvən onun sağ qulağının bir hissəsini kəsib.

Zərərçəkmiş üçün təcili yardım çağırılıb, kişi xəstəxanaya yerləşdirilib və ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.

Bundan əvvəl bir rus supermarketdə müştəriyə bağlama almaqdan imtina etdiyi üçün onun qulağını dişləmişdi.

 

Müəllif:Afət