Əmr imzalandı:Dərslər məsafədən olacaq
22 Sentyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
577
31.10.2023, 16:41
Parisdə polis hədə-qorxu ilə qışqıran və metro qatarında terror aktı törətməyə çağıran qadına atəş açıb.
Oxu24.com xəbər verir ki,Bu barədə BFMTV kanalı yerli hüquq-mühafizə orqanlarındakı anonim mənbələrinə istinadən məlumat yayıb.
Paris polisi metroda terror aktı törətməyə çağıran qadına atəş açıb
Qatarda olan sərnişinlər aqressiv qadın barədə polisə xəbər veriblər. Hadisə yerinə gələn mühafizəçilər stansiyadakı bütün insanları təxliyə edərək, hücum edən şəxsi saxlamağa çalışıblar.
Amma o, asayiş keşikçilərinin tələblərini yerinə yetirməkdən boyun qaçırıb və müqavimət göstərməyə başlayıb. Daha sonra polis atəş açmağa məcbur olub.
"Polis Fransua Mitteran Kitabxanası stansiyasında qadına atəş açıb. O, terrora haqq qazandıran hədələr və ifadələr söyləyirdi", - deyə yerli mediada yayılan xəbərlərdə bildirilib.
Qadın qarnından güllə yarası alıb və polis onu metro stansiyasından çıxara bilib. Onun üzərində heç bir partlayıcı tapılmadığı qeyd edilir.
Xatırladaq ki, Fransa oktyabrın 13-dən terror təhlükəsinin maksimum səviyyəsini tətbiq edib. Buna səbəb Arras şəhərindəki məktəbin həyətində bir nəfərin bıçaqla insanlara hücum etməsi olub. Hadisə zamanı 20 yaşlı keçmiş tələbə müəllimi öldürüb.
Müəllif:Nigar
18:25 / 27 Sentyabr 2026
5
17:14 / 27 Sentyabr 2026
54
17:08 / 27 Sentyabr 2026
55
16:51 / 27 Sentyabr 2026
60
16:45 / 27 Sentyabr 2026
59
16:39 / 27 Sentyabr 2026
112
16:36 / 27 Sentyabr 2026
71
16:27 / 27 Sentyabr 2026
64
16:14 / 27 Sentyabr 2026
64
15:59 / 27 Sentyabr 2026
63
15:48 / 27 Sentyabr 2026
72
15:42 / 27 Sentyabr 2026
649
15:30 / 27 Sentyabr 2026
63
15:15 / 27 Sentyabr 2026
68
15:05 / 27 Sentyabr 2026
66
14:53 / 27 Sentyabr 2026
69
14:50 / 27 Sentyabr 2026
78
14:36 / 27 Sentyabr 2026
481
14:35 / 27 Sentyabr 2026
181
14:31 / 27 Sentyabr 2026
67
14:30 / 27 Sentyabr 2026
65
14:05 / 27 Sentyabr 2026
73
13:55 / 27 Sentyabr 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.