Qaynar xətt:

(+99450) 247 90 86

Qul bazarında fəhlə niyə öldürülüb? - ŞOK TƏFƏRRÜAT

Qul bazarında fəhlə niyə öldürülüb? - ŞOK TƏFƏRRÜAT

REDAKTORUN SEÇİMİ

704

25.10.2023, 20:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Zabratda baş vermiş qətlin bəzi təfərrüatları məlum olub.

 

Oxu24.com-un APA-ya istinadən  xəbərinə görə, qətlə yetirilən 1970-ci il təvəllüdlü Nəcəfov Firdovsi Tofiq oğlu qul bazarında işləyirmiş.

 

O, iş yoldaşı 1988-ci il təvəllüdlü Əsgərov Adil Xəlil oğlu ilə birgə bazara gələn müştəriyə xidmət göstərməsi üçün yaxınlaşıb.

 

Müştəri ilə onlar razılaşa bilməyib. F.Nəcəfov buna görə A.Əsgərovu günahlandırıb.


Onu və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib.

 

Bundan hiddətlənən A.Əsgərov əlindəki böyük çəkiclə (kubalt) F.Nəcəfovun başına vurub. Sonuncu zərbənin təsirindən hadisə yerində ölüb.