SON DƏQİQƏ! General bu vəzifəyə təyin olundu
13 Dekabr 2025, 11:09
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
975
13.05.2023, 11:57
Azmədənistehsal MMC
Baş mühasib
Son tarix 12 iyn 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabına (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat, (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılmasını təmin edir.
Daxil olan pul vəsaitlərinin, əmtəə-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil edir.
Maliyyə, hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edir.
Bütün mühasibat məlumatlarının 1C mühasibat proqramına inteqrasiya edilməsi.
Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi, tələbat fonduna və digər ehtiyat fondlarına ayırmaları tərtib edir.
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin təmin edilməsi və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir.
Pul vəsaitləri və əmtəə-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edir, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinə nəzarət edir.
Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati-təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görür.
Mühasibat sənədlərinin (vergi bəyənnamələrinin, uçot sənədlərinin, debitor və kreditor sənədlərinin və s.) çoxaldılması, tərtib edilməsi, vaxtaşırı (aylıq, rüblük, illik) rəhbərliyə təqdim edərək arxivləşdirilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edir.
Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edir.
Qeyd edilən bütün vəzifələrin AR-nın müvafiq qanunvericiliyinə uyğun yerinə yetirilməsini təmin edir.
Cari idarəetmə hesabatların gündəlik yenilənməsinin təmin olunması: kreditor və debitor borcların kontragentlər üzrə açıqlanması, pul vəsaitlərin qalıqları üzrə gündəlik hesabat, hazır məhsulun qalıqları və hərəkəti haqqında gündəlik hesabat, hazır məhsulun maya dəyərinə daxil olan birbaşa məsrəflər barədə gündəlik hesabat, istehsalata silinən xammal və materiallar barədə gündəlik hesabat, xammal və material qalıqları barədə gündəlik hesabat və s.
Əsas vəsaitlərin hər bir vahidi üzrə qeydiyyatını aparan reyestrin aparılmasının təmin ediməsi və bu işə nəzarət: alış dəyəri, alış tarixi, alışın ilkin sənədləri, istismara buraxılma tarixi, dəyəri, kapitallaşdırılan təmir xərcləri barədə ilkin məlumat, amortizasiya ilə bağlı olan məlumat, qalıq dəyəri və s. məlumatları özündə əks etdirən reyestr
Növbəti ayın 5 tarixinə kimi keçən ay ərzində istehsal olunmuş hazır məhsulun maya dəyərinin (xərc maddələri üzrə) tam kalkulyasiyasının hazırlanması
Növbəti ayın 5 tarixinə kimi keçən ay ərzində satılmış hazır məhsulun maya dəyərinin hesablanması
Gündəlik əməliyyatların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq zamanında rəsmiləşdirilməsinin təmin olunması və bu işə nəzarət: təqdim edilmiş hazır məhsula görə elektron qaimə-fakturaların zamanında kəsilməsi, alınmış mallara və xidmətlərə görə elektron qaimə-fakturaların zamanında kəsilməsini təchizatçılardan tələb etmək və s.
Aylıq əsasda debitorlarla və kreditorlarla Borcların Üzləşməsini təmin etmək
Gündəlik təsərrüfat əməliyyatların zamanında mühasibat kitablarına işlənilməsini təmin etmək
Hesablanmış və icra olunmuş Satış Sifarişlərin (Sales Orders) üzləşməsi barədə aylıq hesabatların hazırlanması: satış qiyməti, maya dəyəri və karlıq
Əmək haqqı cədvəllərin zamanında hazırlanmasını təmin etmək
Gündəlik təsərrüfat əməliyyatlarını əks etdirən ilkin sənədlərin qanuna uyğun rəsmiləşdirilməsini təmin və bu işə nəzarət etmək
Bütün təsərrüfat əməliyyatlarında vergi və digər icbari ödənişlərin düzgün tətbiqini və hesablanmasını təmin və bu işə nəzarət etmək
Bütün kontragentlərlə imzalanacaq müqavilələrdə vergi, bank və digər icbari ödənişlərlə bağlı maddələrin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tərtib edilib-edilməməsinə nəzarət etmək
Vergi, statistika, DSMF, digər icbari yığımlarla və s. bağlı dövlət orqanlarına təqdim edilməli olan bütün hesabatların zamanında hazırlanmasını və təqdim edilməsini təmin etmək
Həmçinin oxuyun
13:07 / 13 Dekabr 2025
1
12:58 / 13 Dekabr 2025
21
12:16 / 13 Dekabr 2025
423
12:08 / 13 Dekabr 2025
46
11:44 / 13 Dekabr 2025
42
11:30 / 13 Dekabr 2025
52
11:09 / 13 Dekabr 2025
717
11:07 / 13 Dekabr 2025
331
10:25 / 13 Dekabr 2025
938
09:15 / 13 Dekabr 2025
824
09:06 / 13 Dekabr 2025
370
08:45 / 13 Dekabr 2025
122
08:37 / 13 Dekabr 2025
146
00:28 / 13 Dekabr 2025
142
00:14 / 13 Dekabr 2025
1084
00:01 / 13 Dekabr 2025
721
23:20 / 12 Dekabr 2025
645
23:12 / 12 Dekabr 2025
114
22:41 / 12 Dekabr 2025
14627
22:05 / 12 Dekabr 2025
154
21:58 / 12 Dekabr 2025
3106
21:45 / 12 Dekabr 2025
137
19:31 / 12 Dekabr 2025
1163
19:20 / 12 Dekabr 2025
2275
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.