Azərbaycanda QAR YAĞIR
31 Oktyabr 2026, 11:10
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
869
17.03.2022, 23:22
Kostroma Dövlət Televiziya və Radio Yayımları Şirkəti Rusiyanın həyata keçirdiyi "xüsusi əməliyyat" zamanı 5 rus hərbçisisnin, o cümlədən hava-desant alayının komandirinin öldüyünü bildirib.
"Ukrayna ərazisində "xüsusi əməliyyat" zamanı beş yerli hərbçi, o cümlədən Hava Desant Qüvvələrinin Kostroma alayının komandiri, polkovnik Sergey Suxaryov ölüb. Ölən digər dörd nəfər baş serjant Sergey Lebedev, serjant Aleksandr Limonov, kapitan Yuri Deqtyaryev və kapitan Aleksey Nikitindir", - "Kostroma" dövlət teleradio şirkəti bildirib.
Milli.Az anews-a istinadən bildirir ki, Rusiya dövlət mediası Ukraynadakı itkilər və ümumilikdə müharibənin gedişi ilə bağlı yalnız Rusiyanın rəsmi mənbələrinə əsaslanaraq xəbər verir. Müdafiə Nazirliyi cəmi itkilər barədə məlumatları martın 2-də yalnız bir dəfə açıqlayıb. Onda da 498 nəfərin öldüyünü bildiriblər. Lakin regional hakimiyyət orqanları tez-tez bölgədə yaşayan hərbçilərin həlak olduğunu bildirirlər.
Polkovnik Suxarevin komandanlıq etdiyi 331-ci qvardiya hava-desant alayı həm çeçen yürüşlərində, həm də 2008-ci ildə Cənubi Osetiyadakı beş günlük müharibədə iştirak edib.
2014-cü ildə 10 Kostroma desantçısı İlovaysk yaxınlığında əsir götürülüb. Onlar hücuma keçərkən şəxsiyyət nişanlarını taxmamışdı. Onda Rusiya ordusunun Ukraynanın şərqindəki döyüşlərdə iştirakını inkar edən Rusiya hərbi komandanlığı desantçıların sadəcə təlimlər zamanı azdığını və təsadüfən sərhədi keçdiyini bəyan etmişdi.
2017-ci ilin yay təlimlərinin sonunda müdafiə naziri Sergey Şoyqu alaya "Qabaqcıl" titulunu verib. Qvardiya polkovniki Sergey Suxaryov 2021-ci ildən 331-ci alaya komandirlik edib. Bu alay və onun komandirinin qəddarlığı ilə seçildiyi bildirilir.
Pentaqon Rusiya-Ukrayna müharibəsində 6-7 min Rusiya hərbçisinin öldüyünü və bunun 3 misli qədər yaralının olduğunu bildirib.
12:32 / 02 Noyabr 2026
2
12:20 / 02 Noyabr 2026
35
12:13 / 02 Noyabr 2026
40
12:08 / 02 Noyabr 2026
123
12:04 / 02 Noyabr 2026
45
12:00 / 02 Noyabr 2026
90
11:50 / 02 Noyabr 2026
398
11:30 / 02 Noyabr 2026
290
11:22 / 02 Noyabr 2026
650
11:14 / 02 Noyabr 2026
106
11:08 / 02 Noyabr 2026
80
11:05 / 02 Noyabr 2026
102
11:03 / 02 Noyabr 2026
151
10:50 / 02 Noyabr 2026
630
10:46 / 02 Noyabr 2026
139
10:39 / 02 Noyabr 2026
94
10:28 / 02 Noyabr 2026
150
10:20 / 02 Noyabr 2026
240
10:09 / 02 Noyabr 2026
1152
10:03 / 02 Noyabr 2026
116
09:27 / 02 Noyabr 2026
699
09:23 / 02 Noyabr 2026
137
09:21 / 02 Noyabr 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.