Azərbaycanda QAR YAĞIR
31 Oktyabr 2026, 11:10
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1108
17.03.2022, 22:13
"Belə getsə, Neftçala, Salyan rayonlarının 250 minlik əhalisi köçmək məcburiyyətində qalacaq".
Oxu24.com AZSABAH.COM-a istinadən xəbər verir ki, bunu AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov Bakı Dövlət Universitetində “Elm günü” ilə əlaqədar “Azərbaycan təbiətini qoruyaq” mövzusunda keçirilən Elmi seminarda deyib.
O bildirib ki, insan təbiətin bir hissəsidir və o özünü nə qədər güclü hesab etsə də təbiətdən – təbii şəraitdən, təbii ehtiyatlardan asılıdır:
"Ona görə də təbii sərvətlərdən düşünülmüş şəkildə istifadə edilməlidir. İnsanların planlaşdırılmamış təsərrüfat fəaliyyəti nəticəsində təbiətə ağır zərbə vurulur, ekoloji disbalans yaranır. Mal-qaranın kütləvi şəkildə meşələrdə otarılması torpaq örtüyünün deqradasiyasına səbəb olur. 30-40 il əvvəl Kür ətrafında olan meşələrdən indi əsər-əlamət qalmayıb, Kiçik Qafqaz meşələri təhlükə qarşısındadır. Cəmi 30 il əvvəl Kürün suyu o qədər idi ki, demək olar, onun bir sahilindən o biri sahili görünmürdü. İndi isə həmin ərazilərin sakinləri susuzluqdan əziyyət çəkir. Belə getsə, Neftçala, Salyan rayonlarının 250 minlik əhalisi köçmək məcburiyyətində qalacaq”, - deyə alim xəbərdarlıq edib.
Su ehtiyatlarının qiymətləndirilməsi məsələsinə toxunan Z.Eminov bu işin sonuncu dəfə 50 il qabaq aparıldığını diqqətə çatdırıb.
O qeyd edib ki, artan əhalinin suya olan tələbatını təyin etmək üçün bu çox vacibdir:
“Təbii sərvətlərdən istifadəyə münasibət köklü şəkildə dəyişilməlidir, kompleks tədbirlər planı işlənilməli, təbii ehtiyatlardan istifadəyə dövlət nəzarəti gücləndirilməlidir. Əks təqdirdə, bəşəriyyət ekoloji fəlakətlə üz-üzə qala bilər. Hər şey bizim özümüzdən asılıdır”.
Rus tankı BELƏ vuruldu-ƏSGƏRLƏR GÖYƏ UÇDU -ŞOK GÖRÜNTÜLƏR
12:32 / 02 Noyabr 2026
2
12:20 / 02 Noyabr 2026
35
12:13 / 02 Noyabr 2026
40
12:08 / 02 Noyabr 2026
123
12:04 / 02 Noyabr 2026
45
12:00 / 02 Noyabr 2026
90
11:50 / 02 Noyabr 2026
398
11:30 / 02 Noyabr 2026
290
11:22 / 02 Noyabr 2026
650
11:14 / 02 Noyabr 2026
106
11:08 / 02 Noyabr 2026
80
11:05 / 02 Noyabr 2026
102
11:03 / 02 Noyabr 2026
151
10:50 / 02 Noyabr 2026
630
10:46 / 02 Noyabr 2026
139
10:39 / 02 Noyabr 2026
94
10:28 / 02 Noyabr 2026
150
10:20 / 02 Noyabr 2026
240
10:09 / 02 Noyabr 2026
1152
10:03 / 02 Noyabr 2026
116
09:27 / 02 Noyabr 2026
699
09:23 / 02 Noyabr 2026
137
09:21 / 02 Noyabr 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.