Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda gecə saatlarında dəhşət: Ərlə arvadın yanmış meyiti tapıldı

Azərbaycanda gecə saatlarında dəhşət: Ərlə arvadın yanmış meyiti tapıldı

REDAKTORUN SEÇİMİ

1432

12.03.2022, 08:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Salyan rayonunda fərdi yaşayış evində yanğın olub.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Aşağı kürkənd kəndində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və əməkdaşları cəlb olunub. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1953-cü il təvəllüdlü Əliyev Əliyar Alı oğlu və onun həyat yoldaşı, 1956-cü iltəvəllüdlü Əliyeva Elmira Mirzə qızının meyiti aşkar olunub.
Əliyar Əliyev Salyan rayon Suvarma Sistemləri idarəsində baş mühasib işləyirdi. Qeyd edək ki, 5-6 il bundan öncə ölən ər və arvadın evinə basqın olmuşdu. Naməlum şəxs və şəxslər tərəfindən döyülən ər və arvad xəstəxanaya yerləşdirilmişdi.