Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! DİN dəhşətli hadisə ilə bağlı açıqlama yaydı

SON DƏQİQƏ! DİN dəhşətli hadisə ilə bağlı açıqlama yaydı

REDAKTORUN SEÇİMİ

1466

10.02.2022, 11:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Goranboy sakini icra hakimiyyətinin qarşısında intihara cəhd edib, iki polis əməkdaşı xəsarət alıb.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Fevralın 9-da saat 16 radələrində Goranboy şəhər sakini S.Həsənov rayon İcra Hakimiyyətinin qarşısında üzərinə yanacaq tökərək özünü yandırmağa cəhd göstərmişdir.
Polis əməkdaşlarının çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınmış, lakin bu zaman iki polis əməkdaşı yüngül dərəcəli yanıq xəsarətləri almışlar. S.Həsənov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir. Polis əməkdaşlarına xəstəxanada ilkin tibbi yardım göstərilmişdir. Araşdırma aparılır.