Bu tarixlərdə işləyənlərə iki qat ödəniş olunacaq - AÇIQLAMA
04 Noyabr 2026, 19:55
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1747
06.02.2022, 01:19
Fevralın 6-na avtomobil yollarındakı vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a bildirilib ki, fevral ayının 6-da gecə və səhər saatlarında Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Quba-Qusar, Masallı-Yardımlı, Lənkəran-Lerik, Ağsu-Kürdəmir-Bəhramtəpə, Göyçay-Bərgüşad, Göyçay-Ucar, Şirvan-Noxudlu-Salyan, Salyan-Neftçala, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 500-800 m-dək məhdudlaşacaq.
Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Pensiyaya çıxmaq istəyənlərin NƏZƏRİNƏ - Məbləğ artdı
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında fevralın 05-dən 06-na keçən gecə yağışın bəzi yerlərdə sulu qara keçəcəyi, səhər kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-2° isti, gündüz 6-9° isti olacaq. Bakıda gecə 0-2° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 %, gündüz 60-70 % olacaq.
Fevralın 06-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 7-10° isti, dağlarda 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.
00:23 / 05 Noyabr 2026
36
00:18 / 05 Noyabr 2026
51
00:16 / 05 Noyabr 2026
110
23:48 / 04 Noyabr 2026
115
23:44 / 04 Noyabr 2026
83
23:40 / 04 Noyabr 2026
81
23:35 / 04 Noyabr 2026
81
23:33 / 04 Noyabr 2026
73
23:30 / 04 Noyabr 2026
97
23:26 / 04 Noyabr 2026
62
23:22 / 04 Noyabr 2026
94
23:17 / 04 Noyabr 2026
113
23:14 / 04 Noyabr 2026
71
23:12 / 04 Noyabr 2026
76
23:04 / 04 Noyabr 2026
107
22:59 / 04 Noyabr 2026
147
22:51 / 04 Noyabr 2026
97
22:38 / 04 Noyabr 2026
100
22:34 / 04 Noyabr 2026
118
22:26 / 04 Noyabr 2026
104
22:22 / 04 Noyabr 2026
113
22:16 / 04 Noyabr 2026
2535
22:14 / 04 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.