Qaynar xətt:

(+99450) 247 90 86

Bu dərmandan istifadə etməklə qara ciyərinizi zədələyə bilərsiniz - XƏBƏRDARLIQ

Bu dərmandan istifadə etməklə qara ciyərinizi zədələyə bilərsiniz - XƏBƏRDARLIQ

REDAKTORUN SEÇİMİ

787

05.02.2022, 01:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Koronavirus xəstəliyinin ilkin simptomları olan bəzi vətəndaşlar həkimə müraciət etmədən ev şəraitində müalicə olunurlar.

Oxu24.com  xəbər verir ki, öskürək, halsızlıq və boğaz və əzələ ağrıları zamanı həkim resepti olmadan "Paracetamol" və "Strepsis" kimi ağrıkəsicilərdən istifadə edirlər.

Nəticədə vətəndaşlar öz vəziyyətlərini ağırlaşdırmış olurlar. Üstəlik virusun yayılmasına da şərait yaradırlar.

Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, dərman qəbulu həkim nəzarətində olmalıdır: "Özbaşına reseptlərdən istifadə etmək, antibiotik vurmaq təhlükəlidir. "Paracetamol"un həddən çox qəbulu qara ciyəri zədələyə bilər. ABŞ-da statistikaya görə, bu dərmanın qəbulundan ildə 500 nəfər həyatını itirir".