Bu tarixlərdə işləyənlərə iki qat ödəniş olunacaq - AÇIQLAMA
04 Noyabr 2026, 19:55
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
671
03.02.2022, 11:34
Koronavirus (COVID-19) infeksiyasına yoluxma sayı sürətlə artır. Son sutkada COVID-19 infeksiyasına 6 620 yeni yoluxma faktı qeydə alınıb.
Oxu24.com xəbər verir ki, yoluxma sayının bu qədər kəskin artması ölkədə karantin tədbirlərinin yenidən sərtləşdiriləcəyini gündəmə gətirib.
Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 419 nömrəli qərarına əsasən peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin "Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək. Bu o deməkdir ki, 3-cü doza vaksin vurdurmayan şəxslər bir çox məkanlara daxil ola bilməyəcək.
İddialara əsasən, ölkə üzrə yoluxmanın artan tempdə davam etməsi fevralın 15-dən bəzi məhdudiyyətlərin tətbiq edilməsinə səbəb olacaq. Məhdudiyyətlərin arasında ənənəvi təhsilin distant formaya keçməsi də var.
Belə bir iddianın nə qədər əsaslı olub-olmamasını dəqiləşdirmək və mövcud durumda hansı qərarların qəbul edilməsinin doğru olacağını öyrənmək məqsədilə tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət etdik. Ekspert açıqlamasında qeyd etdi ki, hazırda ciddi qapanmalara getmək heç nəyi həll etməyəcək: "Çünki yoluxma intensivliyi orta yüksək həddədir. Bu dalğanı biz keçməliyik.
Fikrimcə, təhsil sahəsində hər hansı məhdudlaşdırmaya ehtiyac yoxdur. Sosial həyat dayandıqca, bu, insanların psixikasına ciddi təsir edir.
Artıq ABŞ-da ciddi qapanmalara getmək məsələsi qaldırılıb. Danimarka da oxşar qərar verib. Bugünkü vəziyyətdə insanlar qapalı mühitdə karantin qaydalarını gözləməlidir. İnfeksiyanın mənbəyi təmasdır.
Kütləvi tədbirlər, toylar, yaslarda insanların iştirakına limit qoyulmalıdır. Həmin yerlərə insanların buraxılışı yoxlanılmalıdır. Təkcə vaksin sertifikatı deyil, xəstəliyi, qızdırması və başqa xəstəliyin əlaməti olan şəxslər bu məkanlara buraxılmamalıdır. Bu istiqamətdə məhdudlaşdırıcı tədbirlər görülməlidir".
Məsələ ilə bağlı Təhsil Nazirliyinin açıqlaması belə olub: "Bildiyiniz kimi, ölkə üzrə karantin vəziyyəti barədə qaydalar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tənzimlənir. Bu səbəbdən sorğunuzu aidiyyəti qurumlara yönləndirməyiniz məqsədəuyğundur".
(baku.ws)
00:23 / 05 Noyabr 2026
36
00:18 / 05 Noyabr 2026
51
00:16 / 05 Noyabr 2026
110
23:48 / 04 Noyabr 2026
115
23:44 / 04 Noyabr 2026
83
23:40 / 04 Noyabr 2026
81
23:35 / 04 Noyabr 2026
81
23:33 / 04 Noyabr 2026
73
23:30 / 04 Noyabr 2026
97
23:26 / 04 Noyabr 2026
62
23:22 / 04 Noyabr 2026
94
23:17 / 04 Noyabr 2026
113
23:14 / 04 Noyabr 2026
71
23:12 / 04 Noyabr 2026
76
23:04 / 04 Noyabr 2026
107
22:59 / 04 Noyabr 2026
147
22:51 / 04 Noyabr 2026
97
22:38 / 04 Noyabr 2026
100
22:34 / 04 Noyabr 2026
118
22:26 / 04 Noyabr 2026
104
22:22 / 04 Noyabr 2026
113
22:16 / 04 Noyabr 2026
2535
22:14 / 04 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.