Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ: Təhsil Nazirliyi VACİB məlumat yayıb - Orta məktəblərdə...

SON DƏQİQƏ: Təhsil Nazirliyi VACİB məlumat yayıb - Orta məktəblərdə...

REDAKTORUN SEÇİMİ

2391

02.02.2022, 13:41

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda orta məktəblərdə imtahanların sayı azaldıla bilər.

Məlumata görə, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.

Onun sözlərinə görə, imtahanlar və qiymətləndirmələr çoxdur: “Ümumtəhsildə qiymətləndirmə konsepsiyasına yenidən baxılır. Ola bilsin ki, həmin tədqiqatlar zamanı təkcə ibtidai siniflərdə deyil, digər siniflərdə də müxtəlif imtahanların sayı azaldılsın. Onların əvəzinə daha az sayda olan mərkəzləşmiş imtahanlar olsun. Növbəti illərdə kurikulumlar daha da sadələşdiriləcək”.

R.Əzizov, həmçinin qeyd edib ki, yeni dərs vəsaitlərinin hazırlanmasında sadələşmə müşahidə olunur:

“Məsələn, biz əvvəllər Azərbaycan dilindən dilin mürəkkəb qaydalarını keçirdiksə, artıq daha çox oxuyub anlamağa, yəni dərsliklərimizi insana həyatı boyu lazım olan bacarıqlara uyğun tənzimləməyə çalışırıq”.