Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
939
22.12.2021, 10:08
Bu 12 ərzaqdan ye, gör bədənində nə baş verəcək....
Gəlin, sizinlə balaca bir eksperiment edək: soyuducunuzu açın, içində olan ərzaqlara baxın. Necə düşünürsünüz, ordakı ərzaqların hansı sizinçün faydalıdır? Ümumiyyətlə, soyuducunuzda orqanizmə xeyirli olan hansı ərzaqlar var? Yox, səhv salmayın, dadlıları və ya xoşunuza gələnləri sadalamanızı istəmirəm. Orqanizm üçün faydalı olan ərzaqlar nə qədərdi? Məsəlçün, soyuducunuzda kələm varsa, bu, artıq yaxşı göstəricidir.
(Reklam "Zeytun bağları" gedə bilər burda)
3. Sarımsaq. Sarımsağın özünəməxsus dadı, iştahaçıcı iyi var. Düzdü, onu çox yeyə bilməzsiniz, amma faydalılıq dərəcəsinə görə əvəzedilməzdir. Tərkibində kalium, natrium, kalsium, maqnezium, C, D, B vitaminləri, fitonsidlər, efir yağları və nələr, nələr var... Sarımsaq təzyiqi aşağı salır, orqanizmdəki mikrobları məhv edir, güclü antiseptikdir. Həmçinin, tərkibində selen mikroelementi olduğuna görə, o, çox güclü antioksidantdır.
4. Ləpə. Bütün ləpəlilər faydalıdır; qoz, fındıq, badam...Ən faydalısı qozdur. Dietoloqlar hesab edir ki, günə 7 ədəd qoz ləpəsi yemək lazımdır. Hətta, bir maraqlı faktı deyim: alimlər aşkar ediblər ki, Yunanıstanda insanlar ürək-damar xəstəliklərinə dünyanın başqa ölkələrindəki göstəricilərə nisbətən, az tutulur. Bunun səbəbini araşdırmağa başlayıblar. Məlum olub ki, sən demə, Yunanıstanda, əhali daha çox qoz yeyir, zeytun yağı isə süfrələrindən əskik olmur.
5. Yerkökü. Yerkökü sarımsaq kimi “vitamin anbarı”dır. Amma bir özəlliyi var ki, tərkibindəki A vitamininin miqdarına görə meyvə-tərəvəzlər arasında çempiondur. Əksər meyvə-tərəvəzlər termik emala uğradıqda tərkibindəki vitaminlərin çox hissəsi məhv olur. Amma bu, yerkökü üçün keçərli deyil. O, termik emala uğrasa da tərkibindəki vitaminləri qoruyub saxlayır, hətta, artırır. Məsələn, yerkökü qızardıldıqda tərkibindəki A vitaminin miqdarı 20% artır. A vitamini gözlər üçün əvəzedilməzdir. O, görməni yaxşılaşdırır, dərini təravətləndirir, həmçinin, orqanizmdə gedən proseslərin çoxu üçün gərəklidir. Yerkökünün tərkibindəki beta-karoten həm antioksidant xarakterlidir, həm də, öz növbəsində, sərbəst radikalların orqanizmə mənfi təsir göstərəcək fəaliyyətini bloklayır. Amma bir məsələni unutmamaq lazımdır: A vitamini yağda həll olandır. Ona görə də yerkökünü yedikdə məsləhətdir ki, həmin yeməyə yağ əlavə edəsiniz. Beləcə, orqanizm vitamini yaxşı mənimsəyəcək. Optimal variant yenə zeytun yağıdır.
9. Qara şokolad... Bəli, qara şokolad! Amma marketlərdə satılan rənglənmiş adi şokoladlarla səhv salmayın. Çünki marketlərdə əsl şokolad çox azdır, bunun əvəzində, aromatizator, rəngləndirici, dadlandırıcı, şəkər, trans yağlar qarışımı olan süni və keyfiyyətsiz şokoladlar var. Əsl şokolad dadına görə yediyiniz şokoladdan kəskin şəkildə fərqlənəcək. Bir şey deyim, qara şokolad elə də dadlı deyil. O, acı və qəribə tamlıdır. Bununla belə, acı şokolad mikroelementlərlə, vitaminlərlə, antioksidantla zəngindir. Burda bir nüans da var: əgər siz rasionunuza qara şokolad əlavə edirsinizsə, normaya riayət etmək lazımdı. Çünki onu çox yemək, orqanizmə faydalı deyil, ziyanlı ola bilər.
10. Balqabaq tumu. Kişilər üçün vacib olan sink mineralı ilə zəngindir. Qeyd edim ki, sink cinsi aktivliyi gücləndirir, immuniteti möhkəmlədir, beyin aktivliyini sürətləndirir. Gündə 2 dənə balqabaq tumu yemək belə kifayət edir ki, siz fərqi hiss edəsiniz.
17:43 / 08 Noyabr 2026
1
17:41 / 08 Noyabr 2026
12
17:27 / 08 Noyabr 2026
76
17:23 / 08 Noyabr 2026
67
17:20 / 08 Noyabr 2026
375
17:18 / 08 Noyabr 2026
52
17:14 / 08 Noyabr 2026
70
16:34 / 08 Noyabr 2026
1435
16:25 / 08 Noyabr 2026
84
16:12 / 08 Noyabr 2026
168
16:06 / 08 Noyabr 2026
193
15:17 / 08 Noyabr 2026
163
15:13 / 08 Noyabr 2026
718
14:59 / 08 Noyabr 2026
135
14:54 / 08 Noyabr 2026
138
14:49 / 08 Noyabr 2026
135
14:44 / 08 Noyabr 2026
287
14:31 / 08 Noyabr 2026
138
13:45 / 08 Noyabr 2026
333
13:35 / 08 Noyabr 2026
803
13:21 / 08 Noyabr 2026
169
13:16 / 08 Noyabr 2026
169
13:06 / 08 Noyabr 2026
156
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.