Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
560
21.12.2021, 19:32
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Oxu24.com-un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, digər təqsirləndirilən – N.Məmmədov 6 il, B.İsmayılov, Ə.Vəliyev, N.Məmmədov, B.Fətullayev, T.Xəlilov, T.Tahirov, V.Orucov, T.Yaqubova, Ş.İbrahimov və N.Hacıyevə müəyyən sınaq müddəti seçilməklə şərti cəza verilib.
Hökmdə qeyd edilib ki, bütün təqsirləndirilən şəxslərin üzərinə müəyyən məbləğ ödəmək öhdəliyi qoyulub. Təqsirləndirilən şəxslər həmin məbləği Medianın İnkişafı Agentliyinə ödəməlidirlər.
Eyni zamanda hökmdə göstərilib ki, V.Səfərli Bakının Xətai rayonunda, İsmayıllı rayonunda yerləşən fərdi yaşayış evi müsadirə edilib, bank hesabına həbs qoyulub.
Bundan başqa, N.Məmmədovun torpaq sahələri, Ə.Vəliyevin Mətbuat prospektində yerləşən çoxmərtəbəli yaşayış binası və digər daşınmaz əmlakları da müsadirə olunub.
Xatırladaq ki, hökmə əsasən, V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Qeyd edilib ki, o, 3 il dövlət orqanlarında vəzifə tuta bilməz.
Qeyd edək ki, dövlət ittihamçısı V.Səfərlinin 11 il, B.İsmayılov 7 il, Ə.Vəliyev 7 il, N.Məmmədov 7 il, B.Fətullayev 2 il, T.Xəlilov 2 il, T.Tahirov 7 il, V.Orucov 2 il, T.Yaqubova 6 il şərti, Ş.İbrahimov 2 il və N.Hacıyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, cinayət işi üzrə V.Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.
17:43 / 08 Noyabr 2026
57
17:41 / 08 Noyabr 2026
60
17:27 / 08 Noyabr 2026
166
17:23 / 08 Noyabr 2026
88
17:20 / 08 Noyabr 2026
643
17:18 / 08 Noyabr 2026
66
17:14 / 08 Noyabr 2026
84
16:34 / 08 Noyabr 2026
1871
16:25 / 08 Noyabr 2026
88
16:12 / 08 Noyabr 2026
182
16:06 / 08 Noyabr 2026
198
15:17 / 08 Noyabr 2026
168
15:13 / 08 Noyabr 2026
789
14:59 / 08 Noyabr 2026
138
14:54 / 08 Noyabr 2026
142
14:49 / 08 Noyabr 2026
137
14:44 / 08 Noyabr 2026
293
14:31 / 08 Noyabr 2026
141
13:45 / 08 Noyabr 2026
337
13:35 / 08 Noyabr 2026
825
13:21 / 08 Noyabr 2026
169
13:16 / 08 Noyabr 2026
174
13:06 / 08 Noyabr 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.