Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
606
20.12.2021, 15:34
Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən apteklərdən birinin sahibi Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə şikayət edib.
Daxili İşlər Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, o, tanımadığı 2 nəfərin özlərini guya dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edərək apteki yoxlamağa gəldiklərini və obyektin cərimə olunmaması üçün 1000 manat pul tələb etdiklərini bildirib.
Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən qanun pozuntusunu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Arif Məmmədov və Xaliq Rəhimov zərərçəkəndən pul almaq istəyərkən saxlanılaraq Qobu Polis Bölməsinə gətiriliblər. Araşdırma zamanı onların heç bir dövlət qurumunun əməkdaşları olmadıqları və özləri ilə gətirdikləri blankların, həmçinin vəsiqələrinin saxta olduğu müəyyən edilib.
Saxlanılan şəxslərin üzərində axtarış aparılan zaman hədə-qorxu yolu ilə əldə etdikləri pul vəsaiti və digər sübutlar aşkar olunaraq götürülüb. Arif Məmmədov və Xaliq Rəhimov ifadələrində etdikləri qanun pozuntusunu etiraf edərək eyni əməlləri paytaxtın Qaradağ, Suraxanı, Nərimanov və Yasamal rayonlarında fəaliyyət göstərən bəzi apteklərdə də törətdiklərini bildiriblər.
Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin Abşeron rayonu, eləcə də, paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.
18:22 / 08 Noyabr 2026
28
18:13 / 08 Noyabr 2026
73
18:11 / 08 Noyabr 2026
44
18:09 / 08 Noyabr 2026
55
18:02 / 08 Noyabr 2026
20
17:43 / 08 Noyabr 2026
91
17:41 / 08 Noyabr 2026
86
17:27 / 08 Noyabr 2026
205
17:23 / 08 Noyabr 2026
113
17:20 / 08 Noyabr 2026
1040
17:18 / 08 Noyabr 2026
72
17:14 / 08 Noyabr 2026
92
16:34 / 08 Noyabr 2026
2455
16:25 / 08 Noyabr 2026
92
16:12 / 08 Noyabr 2026
196
16:06 / 08 Noyabr 2026
213
15:17 / 08 Noyabr 2026
173
15:13 / 08 Noyabr 2026
897
14:59 / 08 Noyabr 2026
145
14:54 / 08 Noyabr 2026
146
14:49 / 08 Noyabr 2026
141
14:44 / 08 Noyabr 2026
301
14:31 / 08 Noyabr 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.