Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda şok hadisə: Polis qadını tutdu: Görün nə edib +VİDEO

Azərbaycanda şok hadisə: Polis qadını tutdu: Görün nə edib +VİDEO

REDAKTORUN SEÇİMİ

768

19.12.2021, 19:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəmkir rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşı bıçaqla, ölümlə hədələyərək külli miqdarda qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçirən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan  Oxu24.com-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, cari ilin noyabr ayının 26-da Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş Sənani Misirov ögey bacısı Gülnar Həşimzadə ilə birlikdə Gəncə şəhərində yerləşən Mərkəzi Univermaqdan onlayn yolla qızıl-zinət əşyalarını Şəmkir rayonunda yaşadıqları kirayə mənzilə çatdırılmasını sifariş verib.

Yaşadıqları evdə əvvəlcə satıcı ilə qiymət barəsində razılaşan Sənani Misirov daha sonra əlindəki bıçaqla zor tətbiq edəcəyi ilə onu hədələyib, qızıl-zinət əşyalarını və bir ədəd mobil telefonu götürdükdən sonra yaşadığı evi tərk edib. Həmin şəxslər saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.