Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1359
03.12.2021, 00:32
"Maya” ləqəbli falçı Şəfəq İsmiyeva Rəna Ağarzayevadan övladının bəxtini açdırmaq üçün pul alıb. İndi falçı hakim qarşısına çıxarılır.
Musavat.com xəbər verir ki, dələduzluqda təqsirləndirilən Ceyhun Zeynallı və Şəfəq İsmiyevanın cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə araşdırılır.
Dindirilən Ceyhun Zeynallı özünü günahkar bilmir. Şəfəq İsmiyeva Ceyhun Zeynallıdan hamilə olduğu üçün istintaq dövründə həbs edilməyib. Artıq həmin uşağı dünyaya gətirib. Buna görə də azadlıqdadır.
Şəfəq İsmiyeva aldığı bir milyon pulu Ceyhun Zeynallıya verdiyini iddia edir. Ceyhun isə bunu təkzib edir və Şəfəq İsmiyevanın dünyaya gətirdiyi körpəsinin də atası olmadığını söyləyir.
Əvvəl dəymiş zərərin 1 milyon olduğu deyilirdi.
Amma məhkəmədə məlum olub ki, Rəna Ağarzayeva fala baxmaq adıyla 1 milyon 998 min manat verib.
Sonuncu prosesdə prokuror çıxış edərək Şəfəq İsmiyevayy 10 il 6 ay həbs cəzası verilməsini və məhkəmə zalında həbs edilməsini təklif edib.
Prokuror Ceyhun Zeynallının isə 13 il azadlıqdan məhrum edilməsini istəyib.
İstintaq müəyyən edib ki, İsmiyeva özünü "Maya" kimi təqdim edib və iki il ərzində hissə-hissə olmaqla Rəna Ağarzayevadan 2 milyona yaxın pul alınıb. Zərərçəkmiş qismində Rəna Ağarzayeanın həyat yoldaşı Sənan Ağarzayev tanınıb.
Məhkəmədə danışan Sənan Ağarzayeva söyləyib ki, təqsirləndirilən şəxslərin həbsini yox, pulunu istəyir.
Məhkəmədə o da məlum olub ki, zərərçəkmiş tərəfə 293 min manatı Ceyhun Zeynallı ödəyib.
Bildirək ki, növbəti proseslərdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış edəcək, özləri son sözlərini deyəcək, ardınca hökm elan ediləcək.
Xatırladaq ki, Rəna Ağarzayevanın Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısı olduğu deyilir.
12:27 / 09 Noyabr 2026
36
12:15 / 09 Noyabr 2026
92
12:03 / 09 Noyabr 2026
441
11:56 / 09 Noyabr 2026
78
11:56 / 09 Noyabr 2026
104
11:43 / 09 Noyabr 2026
73
11:37 / 09 Noyabr 2026
181
11:34 / 09 Noyabr 2026
77
11:30 / 09 Noyabr 2026
74
11:22 / 09 Noyabr 2026
89
11:09 / 09 Noyabr 2026
209
11:05 / 09 Noyabr 2026
127
10:55 / 09 Noyabr 2026
186
10:51 / 09 Noyabr 2026
374
10:44 / 09 Noyabr 2026
163
10:38 / 09 Noyabr 2026
221
10:30 / 09 Noyabr 2026
124
10:27 / 09 Noyabr 2026
112
10:10 / 09 Noyabr 2026
189
10:09 / 09 Noyabr 2026
212
10:00 / 09 Noyabr 2026
242
09:36 / 09 Noyabr 2026
1382
09:26 / 09 Noyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.