Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
738
28.11.2021, 11:47
SOCAR 1674 işçisinin ixtisara düşməsi barədə yayılan məlumatlara münasibət bildirib.
SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov "Facebook" səhifəsində yaydığı açıqlamada bildirib ki, kadr dəyişiklikləri ilə bağlı zaman-zaman istifadə olunan məfhumlardan biri də "sərbəstləşən" və ya "sərbəstləşdirilən işçilər" anlayışıdır.
"Əslində isə SOCAR-ın daxili məlumat mübadiləsində və ictimaiyyətə verilən açıqlamalarda bəzən istifadə olunan bu məfhum Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanununda təsbit olunub: "1.1.19. sərbəstləşdirilən işçilər - dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil olunması, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar əmək münasibətlərinə xitam verilmiş şəxslər". Əlbəttə, insanların - zərurət ucbatından olsa belə - işsiz qalması sevindirici bir hal deyil. Məhz buna görə SOCAR öz sosial məsuliyyəti nəticəsində (qanunvericilik bunu SOCAR-dan tələb etməsə də), sərbəstləşdirilən və ya işsiz qalan işçilərinə şirkət daxilində başqa iş yerləri təklif edir", - İ. Əhmədov qeyd edib.
O, həmçinin əlavə edib ki, bu layihə çərçivəsində, sərbəstləşən işçilərə (işləməsələr belə) son aldıqları ortalama aylıq əmək haqqının 50%-nin hər ay ödənilməsi təklif olunur.
Həmin müddətdə isə şirkət həmin sərbəstləşdirilmiş (və ya fəaliyyətsiz qalmış) işçilərinə daxili vakansiyalar təklif edir və onların mümkün qədər tez yenidən işə qəbul olunması üçün kənardan işə qəbulu məhdudlaşdırılır.
"Mən aşırı pafosun tərəfdarı deyiləm, ancaq bu, sadəcə bir həqiqətdir ki, bildiyim qədər, başqa şirkətlərin mütləq əksəriyyəti özlərinin ixtisara düşən işçiləri üçün belə bir şərait yaratmır", - İ.Əhmədov əlavə edib.
14:06 / 09 Noyabr 2026
70
14:04 / 09 Noyabr 2026
27
13:44 / 09 Noyabr 2026
358
13:21 / 09 Noyabr 2026
90
13:11 / 09 Noyabr 2026
160
12:57 / 09 Noyabr 2026
1095
12:55 / 09 Noyabr 2026
104
12:40 / 09 Noyabr 2026
198
12:27 / 09 Noyabr 2026
150
12:15 / 09 Noyabr 2026
305
12:03 / 09 Noyabr 2026
1146
11:56 / 09 Noyabr 2026
125
11:56 / 09 Noyabr 2026
166
11:43 / 09 Noyabr 2026
132
11:37 / 09 Noyabr 2026
280
11:34 / 09 Noyabr 2026
121
11:30 / 09 Noyabr 2026
117
11:22 / 09 Noyabr 2026
122
11:09 / 09 Noyabr 2026
503
11:05 / 09 Noyabr 2026
184
10:55 / 09 Noyabr 2026
238
10:51 / 09 Noyabr 2026
453
10:44 / 09 Noyabr 2026
212
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.