Qaynar xətt:

(+99450) 247 90 86

Nəşi tapılan şəhidimiz görün kim imiş - FOTO

Nəşi tapılan şəhidimiz görün kim imiş - FOTO

REDAKTORUN SEÇİMİ

4566

13.10.2021, 19:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vətən müharibəsi zamanı itkin düşən və nəşi tapılan Azərbaycan hərbçisinin şəxsiyyəti müəyyənləşib.

Bu barədə  Oxu24.com-a Goranboy Rayon İcra Hakimiyyətinin icra başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rafət Qurbanov məlumat verib.

Onun sözlərinə görə, bir müddət öncə tapılan nəşin İxtiyar İlqar oğlu Əliyevə məxsus olduğu dəqiqləşib.

Mərhumun nəşi sabah ailəsinə təhvil veriləcək və rayonun Goran kəndində dəfn olunacaq.

Qeyd edək ki, İ.Əliyev ötən il oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib və sonradan ondan xəbər alınmayıb.

Mərhum ailəli idi, övladı yoxdur.