Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1767
13.10.2021, 12:37
Bu gün səhər saatlarında Bakı şəhər Suraxanı rayonu ərazisində baş vermiş dəhşətli hadisə ilə bağlı bəzi faktlar üzə çıxıb.
Oxu24.com xəbər verir ki, Publika.az-a açıqlama verən, avtobusun məxsus olduğu 171 saylı marşrut xəttini istismar edən "Ayşən LTD" şirkətinin rəhbəri İradə Əliyeva hadisəyə yük avtomobilinin səbəb olduğunu bildirib. O qeyd edib ki, qəzada vəfat edənlərin əksəriyyəti yolun kənarındakı dayanacaqda və oradakı köşkün önündə dayanan şəxslər olub: "Bizim avtobuslar qaraj şəraitində saxlanılır, texniki baxış keçirilir, hər gün səhər sürücülər tibbi müayinədən keçiriləndən sonra xəttə çıxırlar. Hadisə vaxtı avtobusu idarə edən sürücü də təcrübəli əməkdaşlarımızdandır. O da xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Avtobusu vuran yük maşınını 19 yaşlı şəxs idarə edirmiş. Pandemiya səbəbindən sərnişindaşıma şirkəti kimi vəziyyətimiz çox ağır idi, bu hadisə də bir zərbə oldu".
Qeyd edək ki, hadisə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Bilgəh qəsəbəsi istiqamətinə hərəkət edən "Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 nömrə nişanlı sərnişin avtobusuna eyni istiqamətində hərəkət olan 99 DH 343 dövlət qeydiyyat nişanlı "Mercedes” markakı yük avtomobilinin çırpılması nəticəsində baş verib. Nəticədə avtobus yolun kənarındakı dayanacaq ərazisinə aşıb. İlkin məlumata görə 5 nəfər ölüb, 20-dən çox şəxs isə xəstəxanalara yerləşdirilib.
14:23 / 10 Noyabr 2026
21
14:20 / 10 Noyabr 2026
102
14:09 / 10 Noyabr 2026
65
14:00 / 10 Noyabr 2026
367
13:44 / 10 Noyabr 2026
84
13:38 / 10 Noyabr 2026
263
13:26 / 10 Noyabr 2026
973
13:24 / 10 Noyabr 2026
104
13:20 / 10 Noyabr 2026
265
13:05 / 10 Noyabr 2026
141
13:00 / 10 Noyabr 2026
118
12:37 / 10 Noyabr 2026
384
12:31 / 10 Noyabr 2026
113
12:21 / 10 Noyabr 2026
488
12:18 / 10 Noyabr 2026
133
12:04 / 10 Noyabr 2026
144
12:00 / 10 Noyabr 2026
315
11:45 / 10 Noyabr 2026
2376
11:42 / 10 Noyabr 2026
110
11:39 / 10 Noyabr 2026
130
11:28 / 10 Noyabr 2026
129
11:16 / 10 Noyabr 2026
225
11:04 / 10 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.