Qaynar xətt:

(+99450) 247 90 86

Müəllimi elektrik cərəyanı vuraraq öldürüb

Müəllimi elektrik cərəyanı vuraraq öldürüb

REDAKTORUN SEÇİMİ

3382

12.10.2021, 21:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Lənkəranda lisey müəllimini elektrik cərəyanı vuraraq öldürüb.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə hadisə Şilavar kəndində baş verib. Belə ki, 1959-cu il təvəllüdlü Nəsirov Mirtağı Qurban oğlu həyətindəki ağacdan qoz dərərkən onu bir qədər aralıdan keçən yüksək gərginlikli elektrik cərəyanı vurub. Yaxınları onu təcili yardım maşını ilə xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 62 yaşlı M.Nəsirov Lənkəran şəhər 4 nömrəli Humanitar məktəb-liseyin müəllimi işləyirdi. O, 90-cı illərdə Lənkəranda xalq hərəkatı aktivlərindən olan tanınmış şair - mərhum Əli Nasirin kiçik qardaşı idi. Faktla bağlı araşdırma aparılır.