Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1594
12.10.2021, 12:19
Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin və Sahil Mühafizəsi bölmələrinin əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 102 kiloqram 424 qram narkotik vasitəyə, psixotrop və güclü təsirli dərman preparatlarına bənzər maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Oxu24.com-a verilən məlumata görə, dövlət sərhədinin gücləndirilmiş mühafizəsinin təmin edilməsi üzrə həyata keçirilmiş tədbirlər nəticəsində 11 oktyabr tarixində Biləsuvar rayonunun Biləsuvar kəndi istiqamətində dövlət sərhədinin yaxınlığında 4 ədəd bağlamadan təxmini çəkisi 19 kiloqram 600qram narkotik vasitəyə, psixotrop və güclü təsirli dərman preparatlarına bənzər maddələraşkarlanaraq götürülüb.
Həmin gün saat 20:40 radələrində eyni ərazidəki sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədinin pozulması sərhəd naryadı tərəfindən aşkar olunub. Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazilər qapadılıb, sərhəd naryadları tərəfindən sərhəd pozucularının təqibi başlanılıb, hadisə yeri və yaxın ərazilər nəzarətə götürülüb.
Sərhəd pozucularından biri ərazidən uzaqlaşmağa çalışarkən üzərində idman çantası ilə saxlanılıb, digər iki nəfər isə sərhəd naryadlarının “Dayan” əmrinə tabe olmayaraq əllərindəki qaçaqmalı yerə ataraq, havanın qaranlıq, ərazinin sıx qamışlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə qaçıblar.
Araşdırma zamanı saxlanılan şəxsin İran İslam Respublikasının vətəndaşı 1988-ci il təvəllüdlü Şahmüqəddəm Cəfər Həsən olması müəyyənləşdirilib, onun əlindəki çantaya və ərazidən götürülən bağlamalara baxış zamanı təxmini çəkisi 35 kiloqram 590 qram narkotik vasitəyə, psixotrop və güclü təsirli dərman preparatlarına bənzər maddələr aşkar olunub.
Oktyabr ayının 12-də saat 07:45 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən su səthində bir ədəd şübhəli bağlama aşkarlanıb. Bağlamaya baxış zamanı ümumi çəkisi 47 kiloqam 234 qram narkotik vasitəyə, psixotrop tərkibli və güclü təsirli dərman preparatlarına bənzər maddələr aşkar olunaraq götürülüb.
Qeyd edilən faktlar üzrə hazırda əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
SON DƏQİQƏ: İran geri addım atdı: Azərbaycan artıq... - Bakı hansı istiqaməti seçəcək?
14:23 / 10 Noyabr 2026
21
14:20 / 10 Noyabr 2026
102
14:09 / 10 Noyabr 2026
65
14:00 / 10 Noyabr 2026
367
13:44 / 10 Noyabr 2026
84
13:38 / 10 Noyabr 2026
263
13:26 / 10 Noyabr 2026
973
13:24 / 10 Noyabr 2026
104
13:20 / 10 Noyabr 2026
265
13:05 / 10 Noyabr 2026
141
13:00 / 10 Noyabr 2026
118
12:37 / 10 Noyabr 2026
384
12:31 / 10 Noyabr 2026
113
12:21 / 10 Noyabr 2026
488
12:18 / 10 Noyabr 2026
133
12:04 / 10 Noyabr 2026
144
12:00 / 10 Noyabr 2026
315
11:45 / 10 Noyabr 2026
2376
11:42 / 10 Noyabr 2026
110
11:39 / 10 Noyabr 2026
130
11:28 / 10 Noyabr 2026
129
11:16 / 10 Noyabr 2026
225
11:04 / 10 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.